Tikintisi davam edən binalardan mənzil almaq istəyənlərin DİQQƏTİNƏ

Azərbaycanda tikinti obyektlərinin yüksək gərginlikli elektrik şəbəkəsinə qoşulması ilə bağlı yeni qaydaların hazırlanması gündəmə gəlib. Bu istiqamətdə müvafiq qurumlara konkret tapşırıqlar verilib və artıq proses başlayıb.

Belə ki, 17 mart 2026-cı il tarixində Baş nazirin müavini Samir Şərifov tərəfindən təsdiqlənmiş Dünya Bankının “Business Ready” hesabatı çərçivəsində hazırlanan Yol Xəritəsinə əsasən, bu sahədə təkmilləşdirmələrin aparılması nəzərdə tutulur. Xüsusilə “Kommunal xidmətlər (elektrik)” indikatoru üzrə qanunvericilik və tənzimləyici çərçivənin yenilənməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.
 

Sənədə əsasən, tikinti obyektlərinin yüksək gərginlikli elektrik şəbəkəsinə qoşulma haqqının müəyyən edilməsi ilə bağlı təkliflərin hazırlanması “Azərişıq” ASC, Energetika Nazirliyi tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və “Azərenerji” ASC-yə həvalə olunub. Qurumlar bu təklifləri cari ilin 1 noyabr tarixinədək hazırlayıb təqdim etməlidir.


Yeni qaydalar təbii ki, xərcləri artıracaq. Bu da mənzillərin satış qiymətində özünü göstərəcək.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, yeni qoşulma haqqının tətbiqi tikinti xərclərinə birbaşa təsir edəcək. Amma bu təsirin mənzil qiymətinə nə qədər yansıması bir neçə amildən asılıdır:

“Əgər Tarif Şurası qoşulma haqqını indiki faktiki xərclərə yaxın müəyyən etsə, tikinti şirkətləri üçün gözlənilməz xərc riski azalacaq. İndiyə qədər şirkətlər şəbəkəyə qoşulmaq üçün “Azərişıq” və “Azərenerji” ilə ayrı-ayrılıqda danışıq aparırdı, qiymət hər layihədə dəyişirdi, bəzən layihə-smeta dəyərinin 3-5 faizinə çatırdı.
 

Vahid və şəffaf tarif olanda şirkət büdcəni əvvəldən dəqiq hesablayacaq, risk payını azaldacaq. Bu, ümumi maya dəyərini sabitləşdirir və bəzən hətta ucuzlaşdırır, çünki qeyri-rəsmi ödənişlər və yubanma xərcləri aradan qalxır. Amma qoşulma haqqı yüksək müəyyən olunarsa, bu birbaşa tikintinin maya dəyərinə əlavə olunacaq.


Yüksək gərginlikli xətt çəkmək, transformator qoymaq, yarımstansiya qurmaq baha başa gəlir. Məsələn, 35/10 kV-luq yarımstansiya milyonlarla manata başa gələ bilər. Bu xərc kvadratmetrə bölünəndə, xüsusilə kiçik layihələrdə mənzilin qiymətini 30-80 manat/kv.m artıra bilər. Böyük yaşayış komplekslərində isə artım 10-20 manat/kv.m civarında olar.

Digər tərəfdən prosedurlar sadələşdiyi üçün tikinti müddəti qısalacaq. Vaxt pula bərabərdir. Bank krediti, kran icarəsi, işçi maaşı hər ay əlavə xərc deməkdir. Qoşulma 6 ay tez bitsə, şirkətin maliyyə yükü azalır və bu, qiymətə artım kimi düşməyə bilər.
 

Alternativ enerji ilə bağlı üstünlüklər də var. Əgər bina damında günəş panelləri qoyulsa və şəbəkəyə qoşulmada güzəşt tətbiq edilsə, qoşulma haqqı aşağı düşə bilər. Bu da ekoloji binaların maya dəyərini nisbətən azaldar. Yəni, qoşulma haqqı ədalətli və şəffaf hesablansa, yeni tikilən binaların qiymətinə kəskin təsir etməyəcək, hətta prosedurların tezləşməsi hesabına qiymət artımının qarşısını ala bilər.


Əgər tarif yüksək qoyulsa və bütün xərc developerin (tikinti şirkəti) üzərinə atılsa, mənzil qiymətləri xüsusilə şəhərətrafı və azmərtəbəli layihələrdə 1-3 faiz bahalaşa bilər. Amma dəqiq rəqəm noyabrda təkliflər açıqlanandan sonra bilinəcək, çünki hər şey Tarif Şurasının təsdiq edəcəyi məbləğdən asılıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi MƏLUM OLDU

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Türkiyənin "Böyük dördlük" klubları borclardan qurtulmaq üçün daşınmaz əmlak imperiyası qurur - FOTO

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

Məşhur reperin CƏZASI BƏLLİ OLDU

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

İstanbulda məktəbdə DƏHŞƏT: 3 şagird bıçaqlandı – FOTO-VİDEO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Laçında üç elektrik stansiyasının tikintisi yekunlaşır – FOTO

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Pezeşkian: ABŞ-la danışıqların mənası yoxdur

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

Həyat yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzası aldı

"A Bicyclette!" filmində İstanbul: Rejissor xarici filmlərin stereotiplərindən necə uzaqlaşıb?

"A Bicyclette!" filmində İstanbul: Rejissor xarici filmlərin stereotiplərindən necə uzaqlaşıb?

Millətlər Liqası: IV turda 10 matç keçiriləcək

Millətlər Liqası: IV turda 10 matç keçiriləcək

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Nağdsız ödənişlər rekord həddə çatır – Kartlara qoyulan limit nağdlaşmanı artıracaq?

Nağdsız ödənişlər rekord həddə çatır – Kartlara qoyulan limit nağdlaşmanı artıracaq?

Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər

Trampdan XƏBƏRDARLIQ: İran Los-Anceles və San-Diyeqonu məhv edə bilər

XİN: Qara dənizdə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb - FOTO

XİN: Qara dənizdə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb - FOTO

Bakıda restoranda yanğın – VİDEO

Bakıda restoranda yanğın – VİDEO

BMT: Ekstremal istilər hamilə qadınlar üçün təhlükəni artırır – FOTO

BMT: Ekstremal istilər hamilə qadınlar üçün təhlükəni artırır – FOTO

Əli Əsədovdan avtomobillərin duracaq və qarajları haqqında QƏRAR

Əli Əsədovdan avtomobillərin duracaq və qarajları haqqında QƏRAR

“Bitcoin”in qiyməti 86 min dollardan aşağı endi

“Bitcoin”in qiyməti 86 min dollardan aşağı endi

Toyda döyülən şəxs xəstəxanada VƏFAT ETDİ

Toyda döyülən şəxs xəstəxanada VƏFAT ETDİ

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Ərdoğan Antalyada SpaceX rəhbərləri ilə görüşdü

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Təhsil krediti verilən tələbələrin SAYI AÇIQLANDI

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

Vensin arvadı körpəsi ilə yıxılmaqdan son anda xilas oldu - Video

End of content

No more pages to load

RADİO