Gədəbəydə gənc oğlanın meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
Kənd sakini 28 yaşlı Quluyev Əlişad İbadət oğlunun meyiti yaşadığı evin həyətindəki yardımçı tikilidə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.
Bizim.Media