Bakıda evlər SÖKÜLÜR - Kimlərə pul, kimlərə mənzil veriləcək?

Bakıda sənədsiz tikilmiş evlərin sökülməsi məsələsi xüsusən son yağışlardan sonra cəmiyyət arasında ciddi müzakirələrə səbəb olur. Bir tərəfdən şəhərsalma qaydalarının pozulması və təhlükəsizlik məsələləri önə çəkilir, digər tərəfdən isə illərlə həmin evlərdə yaşayan insanların taleyi sual altına düşür. 

Əsas müzakirə mövzusu isə budur: bu evlər sökülərkən vətəndaşlara kompensasiya verilməlidirmi, yoxsa qanunsuz tikililərə görə məsuliyyət yalnız sahibinə aiddir?

Bizim.Media bildirir ki, mövzu ilə bağlı "AzPolitika"ya əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq uzun müddətdir, xüsusilə paytaxt Bakı şəhərinin bir çox ərazilərində söküntü işləri aparılır. 
 

Onun sözlərinə görə, bu işlər əsasən iki formada həyata keçirilir. Bəzi ərazilər dövlət ehtiyacları üçün alınır və bu zaman vətəndaşların mənzilləri sökülərkən onlara kompensasiya olaraq pul ödənilir. Digər halda isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri özəl tikinti şirkətləri tərəfindən sökülərək yeni tikililərlə əvəz olunur.


"Hər iki söküntü prosesində vətəndaşlara kompensasiya kimi bəzi hallarda mənzil, bəzi hallarda isə pul verilir. Bundan əlavə, yeni kommunikasiya xətlərinin və avtomobil yollarının çəkilməsi ilə əlaqədar aparılan söküntülər zamanı da vətəndaşların əmlakı qiymətləndirilir və onlara kompensasiya ödənilir", - deyə ekspert bildirib. 

Ekspert qeyd edib ki, hazırda Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarışsız fərdi yaşayış evi mövcuddur:

"Bu evlərin çıxarışı olmasa da, əksəriyyətində müxtəlif qurumlar tərəfindən verilmiş sənədlər mövcuddur. Belə ki, bəzi ərazilərdə bələdiyyələrin sərəncam və qərarları, digər yerlərdə isə icra hakimiyyətlərinin, kolxoz və sovxozların, həmçinin mənzil-istismar idarələrinin sənədləri əsasında fərdi yaşayış evləri tikilib. Bu cür evlərin sökülməsi zamanı vətəndaşlara mütləq qaydada kompensasiya ödənilir.
 

Söküntü zamanı çıxarışın olması mühüm amil hesab olunsa da, vətəndaş uzun müddət həmin mənzildə yaşayırsa, kommunikasiya xətləri və qeydiyyatı mövcuddursa, çıxarış olmasa belə, bu sənədlər əsasında da kompensasiya verilir.


Əgər fərdi yaşayış evi qeyri-qanuni şəkildə inşa olunubsa, bu halda aidiyyəti dövlət qurumları məhkəməyə müraciət edir və yalnız məhkəmə qərarı ilə həmin əmlakın sökülməsi mümkündür. Bununla belə, sənədi olmasa da, uzun müddət yaşayış mövcuddursa, belə hallarda da söküntü zamanı vətəndaşlara kompensasiya ödənilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

Bakıda maşın yandı - VİDEO

Bakıda maşın yandı - VİDEO

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

End of content

No more pages to load

RADİO