Bakıda motosiklet sürücülərinin törətdiyi ağır qəzalar – ANBAAN VİDEO

“Motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri bu kateqoriyadan olan nəqliyyat vasitələrinin idarə olunması zamanı yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini bir daha göstərir”.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin motosiklet və moped sürücülərinə müraciətində qeyd olunub.

Bildirilib ki, bu nəqliyyat vasitələrinin konstruktiv xüsusiyyətləri də risk səviyyəsini artıran əsas amillərdəndir.

Belə ki, zərbə zamanı sürücünü əhatə edən qoruyucu karkas və passiv təhlükəsizlik elementlərinin (təhlükəsizlik kəməri, hava yastığı və s.) mövcud olmaması səbəbindən toqquşmaların təsiri birbaşa sürücünün üzərinə düşür və bu da xəsarətlərin daha ağır olmasına gətirib çıxarır:

“Təkcə ötən gün xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsindən 3-ü motosiklet sürücülərinin iştirakı ilə baş verib. Yasamal, Xətai və Abşeron rayonları ərazisində qeydə alınan bu hadisələrin hər biri toqquşma ilə nəticələnib. Cari ilin ilk 3 ayı ərzində isə respublika üzrə motosiklet və moped sürücülərinin təqsiri səbəbindən baş verən 5 yol-nəqliyyat hadisəsində 3 nəfər həyatını itirib, 2 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinin diqqətinə çatdırır ki, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına ciddi riayət olunmalı, yol və hava şəraitinə uyğun sürət düzgün seçilməli, manevr zamanı təhlükəsizlik qaydalarına əməl edilməli, həmçinin qoruyucu vasitələrdən istifadə təmin olunmalıdır. Bu tələblərin pozulması ağır yol-nəqliyyat hadisələrinə, bəzən isə insan həyatının itirilməsi ilə nəticələnən faciələrə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri məsuliyyətli davranmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynada itkin düşənlərin problemi geniş miqyas alıb – Yuşenkodan Bakıda dünyaya MESAJ

Xəzər geri çəkildi, meyvə bağları yarandı - Video

Azərbaycan Kubokuna 2 oyunla start veriləcək

Hindistanın "Pinaka" raketləri Ermənistanda istehsal olunacaq?

Azərbaycan 2 mindən çox erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib

Kütləvi məzarlıqlar açıq yara kimi qalır - Katrin Bomberger

Xıdırlı kənd məktəbinə qırğız xalqının dastan qəhrəmanının adı verildi

Almaniya kəşfiyyatının keçmiş rəhbəri ilə bağlı Azərbaycanın adının hallandırılması dezinformasiyadır - FOTO

DTX rəisi: “İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq”

XİN: Ermənistan itkin azərbaycanlılarla bağlı bütün məlumatları təqdim etməlidir

İsmayıllıda gənc oğlan küçədə bıçaqlandı

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

"İtkin düşən 913 nəfərin meyitinin qalıqları tapılıb" - Əli Nağıyev

İlham Əliyev: “İtkin düşmüş heç bir vətəndaşımız unudulmur”

"Neftçi"nin futbolçusu Messi ilə birlikdə tarixə düşdü – FOTO/VİDEO

İlham Əliyevdən xarici siyasət dərsi: Azərbaycan qlobal mövqeyini gücləndirir

“Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb”

Əli Nağıyev itkin düşmüş azərbaycanlıların sayını AÇIQLADI

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Rusiyadan Kiyevə RAKET ZƏRBƏLƏRİ – Ölənlər var – FOTO/VİDEO

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı

Prezident: "İtkin düşmüş şəxslər problemi silahlı münaqişələrin ən ağır nəticələrindən biridir"

Qayınatasını yumruq zərbəsi ilə öldürən şəxsdən YENİ XƏBƏR

Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş - Foto

End of content

No more pages to load

RADİO