Anar Əliyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirlikdə Mentorluq Proqramını uğurla başa çatdıran dördüncü “Yüksəliş” müsabiqəsi qalibləri Nicat Qocayev, Eyyub Fətəliyev və növbəti 1 il ərzində Mentorluq Proqramına cəlb ediləcək beşinci “Yüksəliş” müsabiqəsi qalibləri İrşad Əsgərxanlı və Qoşqar Daşdiyev ilə görüşüb.

Bizim.Media xəbər verir ki, nazir “Yüksəliş” müsabiqəsinin ölkəmizdə yüksək intellektual səviyyəyə, idarəçilik keyfiyyətlərinə malik perspektivli rəhbər şəxslərin müəyyən edilərək dəstəklənməsində, Kadr Bankının yaradılmasında mühüm rolunu vurğulayıb.

O, müsabiqə qaliblərinin bilik və təcrübə imkanlarını artırmaları üçün Nazirlikdə zəruri şərait yaradıldığını, Mentorluq Proqramı çərçivəsində aparılmış işləri diqqətə çatdırıb.

Nicat Qocayev, Eyyub Fətəliyev onların bilik və təcrübələrinin artırılması üçün Nazirlik tərəfindən yaradılan şəraitdən, potensiallarının inkişaf etdirilməsinə göstərilən dəstəkdən razılıqlarını bildiriblər. Müsabiqə qaliblərinin Mentorluq Proqramı üzrə fəaliyyət planlarının icrasında əldə etdikləri nailiyyətlərdən, gələcək hədəflərindən bəhs olunub.
 
Anar Əliyev beşinci “Yüksəliş” müsabiqəsi qaliblərinin də bilik və təcrübələrini, bacarıqlarını artırmaları üçün Mentorluq Proqramı üzrə müvafiq işlərin davam etdiriləcəyini qeyd edib, onlara tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mentorluq proqramını uğurla başa vuran qaliblərə nazir tərəfindən tövsiyə məktubu təqdim edilib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynada itkin düşənlərin problemi geniş miqyas alıb – Yuşenkodan Bakıda dünyaya MESAJ

Xəzər geri çəkildi, meyvə bağları yarandı - Video

Azərbaycan Kubokuna 2 oyunla start veriləcək

Hindistanın "Pinaka" raketləri Ermənistanda istehsal olunacaq?

Azərbaycan 2 mindən çox erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib

Kütləvi məzarlıqlar açıq yara kimi qalır - Katrin Bomberger

Xıdırlı kənd məktəbinə qırğız xalqının dastan qəhrəmanının adı verildi

Almaniya kəşfiyyatının keçmiş rəhbəri ilə bağlı Azərbaycanın adının hallandırılması dezinformasiyadır - FOTO

DTX rəisi: “İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq”

XİN: Ermənistan itkin azərbaycanlılarla bağlı bütün məlumatları təqdim etməlidir

İsmayıllıda gənc oğlan küçədə bıçaqlandı

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

"İtkin düşən 913 nəfərin meyitinin qalıqları tapılıb" - Əli Nağıyev

İlham Əliyev: “İtkin düşmüş heç bir vətəndaşımız unudulmur”

"Neftçi"nin futbolçusu Messi ilə birlikdə tarixə düşdü – FOTO/VİDEO

İlham Əliyevdən xarici siyasət dərsi: Azərbaycan qlobal mövqeyini gücləndirir

“Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb”

Əli Nağıyev itkin düşmüş azərbaycanlıların sayını AÇIQLADI

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Rusiyadan Kiyevə RAKET ZƏRBƏLƏRİ – Ölənlər var – FOTO/VİDEO

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı

Prezident: "İtkin düşmüş şəxslər problemi silahlı münaqişələrin ən ağır nəticələrindən biridir"

Qayınatasını yumruq zərbəsi ilə öldürən şəxsdən YENİ XƏBƏR

Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş - Foto

End of content

No more pages to load

RADİO