Azərbaycanda həyat yoldaşına xəyanət etmək 20 min manata başa gələcək: Yeni qərar

Azərbaycanda həyat yoldaşının xəyanəti hüquqi baxımdan müəyyən nəticələrə səbəb ola bilər. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir. Məhkəmələrdə iddia qaldırmaqla şəxsi və ailə münasibətlərindən doğan hüquqlar qorunur. Mənəvi təzminatın miqdarı zərərin dərəcəsi və hadisənin təsiri nəzərə alınmaqla müəyyən edilir.

Bu məsələ həm hüquqi, həm də sosial baxımdan əhəmiyyətli hesab olunur.

Bizim.Media xəbər verir ki, Məsələ ilə bağlı Demokrat.az-a danışan vəkil Turan Abdullazadənin sözlərinə görə, xəyanətə görə təzminat artıq Azərbaycanda mövcuddur:

"Yeni qərar 2026-cı ildən etibarən qüvvəyə minib və keçmiş xəyanətlərə aid deyil. Bu qərar qəbul edildikdən sonra baş verən münasibətlərə aiddir. Belə halda, ailə münasibətlərinə zidd olaraq xəyanətə uğramış tərəf, xəyanət edən şəxsi şəxsiyyət hüquqlarının pozulması faktı ilə bağlı məhkəməyə verə bilər.

Əsas məsələ xəyanətin sübut edilməsidir. Bunun üçün video və fotomateriallar, yazışmalar və ya qeyri-rəsmi nikahdan övladı olan hallarda müvafiq sənədlər təqdim edilə bilər. Xəyanətə uğrayan tərəf məhkəməyə müraciət edərək şəxsiyyət hüquqlarının pozulması və ləyəqətin alçaldılması üzrə iddialarını qaldıra bilər".

Vəkil deyib ki, mənəvi təzminat davasında şəxsin öz qiymətləndirməsinə əsasən təzminat məbləğini müəyyən etməsi mümkündür, amma məbləğ ağlasığmaz olmamalıdır:

"Bu məbləğ 10–20 min manat arasında ola bilər. Bu zaman şəxsin yaşı, cinsi, həssaslıq dərəcəsi və mənəvi sarsıntının dərəcəsi nəzərə alınır. Müraciətin vaxtı da məhkəmə prosesində vacibdir. Dərhal müraciət olunarsa, məhkəmə təsirli hesab edir, amma bir neçə il sonra müraciət edilsə, mənəvi zərbənin dərəcəsi və məhkəmənin inamı azala bilər. Qanunla boşanmaq şərt hesab olunmasa da, şəxs boşanmırsa, xəyanəti daxilən qəbul etmiş sayılır", - deyə vəkil bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada taun epidemiyası riski var? - ÜST BƏYANAT YAYDI

Rusiyada taun epidemiyası riski var? - ÜST BƏYANAT YAYDI

Bakıda 10 minə maral başı satılır

Bakıda 10 minə maral başı satılır

“Laylay” klipi ictimaiyyətə təqdim olundu - FOTO

“Laylay” klipi ictimaiyyətə təqdim olundu - FOTO

Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? – STATİSTİKA

Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? – STATİSTİKA

Qubada ağır qəza: ÖLƏN VAR - FOTO

Qubada ağır qəza: ÖLƏN VAR - FOTO

Cüdoçumuz dünya çempionatının FİNALINDA

Cüdoçumuz dünya çempionatının FİNALINDA

Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ

Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ

İlham Əliyevlə Vladimir Putin arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

İlham Əliyevlə Vladimir Putin arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Sibiqa Azərbaycana təşəkkür etdi – FOTO

Sibiqa Azərbaycana təşəkkür etdi – FOTO

Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirildi

Bakıda yük maşını aşdı: 3 ölü, 2 yaralı var

Bakıda yük maşını aşdı: 3 ölü, 2 yaralı var

Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" - VİDEO

Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" - VİDEO

Bakıda idarəetməni itirən avtobus yoldan çıxdı – VİDEO

Bakıda idarəetməni itirən avtobus yoldan çıxdı – VİDEO

Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru İŞDƏN ÇIXARILDI

Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru İŞDƏN ÇIXARILDI

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralandı

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralandı

Türkiyənin süni intellektlə hazırlanan filmi Cottbus Film Festivalının əsas müsabiqəsinə seçildi

Türkiyənin süni intellektlə hazırlanan filmi Cottbus Film Festivalının əsas müsabiqəsinə seçildi

Bakıda soyuq havada ilan? – Məktəbin qarşısında peyda olması valideynləri narahat etdi – VİDEO

Bakıda soyuq havada ilan? – Məktəbin qarşısında peyda olması valideynləri narahat etdi – VİDEO

Puqaçova bu dəfə qolundan zədə aldı – FOTO

Puqaçova bu dəfə qolundan zədə aldı – FOTO

Aqşin Fatehə AĞIR İTKİ

Aqşin Fatehə AĞIR İTKİ

Hidayət Heydərov: “Doğma vətəndə uduzmaq ağırdır” - FOTO

Hidayət Heydərov: “Doğma vətəndə uduzmaq ağırdır” - FOTO

Ermənistanda siyasi gərginlik: Paşinyanın keçmiş tərəfdaşı QANDALLANDI! - FOTO

Ermənistanda siyasi gərginlik: Paşinyanın keçmiş tərəfdaşı QANDALLANDI! - FOTO

Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ

Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ

Xırdalan sakinlərinin NƏZƏRİNƏ – Su problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xırdalan sakinlərinin NƏZƏRİNƏ – Su problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

Qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

End of content

No more pages to load

RADİO