Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq

Subasma riski olan ərazilərdə daşınmaz əmlak bazarında qiymət dinamikası müzakirə mövzusudur.

Bu tip ərazilərdə yerləşən evlərin dəyərinin necə formalaşdığı və bazara təsiri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.

Bizim.Media xəbər verir ki, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, son baş verən hadisələr kanalizasiya və infrastruktur məsələləri artıq daşınmaz əmlak bazarında mühüm faktor kimi ön plana çıxmağa başlayıb:

"Bu təsir daha çox cari il ərzində hiss olunacaq, lakin zaman keçdikcə tədricən aktuallığını itirə bilər. Hazırda Bakı şəhər icra strukturları tərəfindən şəhərin müxtəlif ərazilərində, xüsusilə də kanalizasiya sistemi olmayan yerlərdə xırda kollektorların inşası istiqamətində layihələrə start verilib və bu işlər artıq həyata keçirilməkdədir.

Əvvəllər belə infrastrukturun olmaması səbəbindən problemlər daha kəskin hiss olunurdu, lakin son dövrlərdə bu sahədə müəyyən irəliləyiş müşahidə olunur. Digər tərəfdən, bu vəziyyət istehlakçı davranışlarına da təsirsiz ötüşmür. Son hadisələrdən sonra ən azı yaxın 6 ay, 1 il ərzində fərdi ev almaq istəyən şəxslər seçim edərkən kanalizasiya xəttinin mövcudluğuna xüsusi diqqət yetirəcəklər. Bu da öz növbəsində bazarda müəyyən fərqlənməyə səbəb olacaq.

Belə ki, kanalizasiya sistemi olan və risklərin daha az olduğu ərazilərdə həm tələbatın, həm də qiymətlərin artacağı gözlənilir. Amma infrastruktur problemlərinin olduğu ərazilər alıcılar üçün daha az cəlbedici olacaq və nəticədə həmin yerlərdə qiymət artımı zəif qala bilər və ya ümumiyyətlə müşahidə olunmaya bilər. Ümumiyyətlə qiymətlərlə bağlı ciddi proqnoz vermək mümkün deyil. Hər şey bazarda formalaşacaq tələbatdan və vətəndaşların mövqeyindən asılıdır.

Hazırda bu məsələ ilə bağlı rəsmi statistika yoxdur, hansı ərazilərə nə qədər zərər dəydiyi barədə dəqiq məlumat mövcud deyil. Buna görə də nə mən, nə də digər ekspertlər dərin analiz apararaq konkret proqnoz verə bilirik. Lakin şübhəsiz ki, bunun bazara təsiri olacaq. Kanalizasiya sistemi olan, problem yaşanmayan və nisbətən hündür ərazilərə tələbat daha çox olacaq. Riskli və problem yaşana biləcək ərazilərdə isə maraq daha aşağı olacaq".

Qeyd edək ki, son iki gün ərzində Bakıya və Abşeron yarımadasına rekord yağışlar yağıb.

Yağıntının miqdarı normadan 6 dəfə çox olub.

Rəsmi açıqlamada bildirilir ki, sonuncu dəfə Bakı belə yağışı 1988-ci ildə görmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

Azərbaycan DÜNYA REYTİNQİNDƏ: 42 gün ödənişli istirahət

Azərbaycan DÜNYA REYTİNQİNDƏ: 42 gün ödənişli istirahət

Rubio Avropanı “oyanmağa” ÇAĞIRDI

Rubio Avropanı “oyanmağa” ÇAĞIRDI

Dünya ikincisi: “Rəqibimdən zəif idim, başqa heç bir səbəb yoxdur”

Dünya ikincisi: “Rəqibimdən zəif idim, başqa heç bir səbəb yoxdur”

Fransa-İran arasında GƏRGİNLİK: İranlı səfir XİN-nə çağırıldı

Fransa-İran arasında GƏRGİNLİK: İranlı səfir XİN-nə çağırıldı

Zaur Rzayevə yüksək vəzifə verildi

Zaur Rzayevə yüksək vəzifə verildi

Kollecdə DƏHŞƏT: Tələbə bıçaqla 9 nəfəri yaraladı - VİDEO

Kollecdə DƏHŞƏT: Tələbə bıçaqla 9 nəfəri yaraladı - VİDEO

“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ – Bu səhvləri etsəniz, avtomobilə ciddi ZƏRƏR DƏYƏR

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

Trampın qızıl heykəli quraşdırıldı - Avropadan SƏRT SATİRA - FOTO

End of content

No more pages to load

RADİO