Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı danışıqlar prosesində Moskvanın mövqeyini müdafiə edib.
Bizim.Media xəbər verir ki, Lavrov bildirib ki, Ukrayna məsələsi üzrə danışıqlarda Rusiyanın “vicdanı təmizdir”.
“Amerikalıların Avropanın misli görünməmiş və həyasız təzyiqinə tab gətirə bilməməsi bizim günahımız deyil. Avropa isə sonradan qürurla bəyan etdi ki, “Ankorici (ABŞ-nin Alyaska ştatında yerləşən şəhər) dəfn edib”, – deyə Lavrov bildirib.
Qeyd edək ki, 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskanın Ankoric şəhərində görüş keçirilib.
Lavrov iddia edir ki, Avropa həmin görüşdə müzakirə olunan Ukrayna ilə bağlı mümkün danışıqlar prosesini pozub və ya nəticəsiz qoyub.
Bizim.Media