Sünnət üçün dəbdəbə və toy lazımdırmı?

Sünnət harada bitir, toy harada başlayır... Fitrət, yoxsa toy yarışı?

Sünnət üçün dəbdəbə və toy lazımdırmı?

Sünnət İslamda fitrət əlaməti, təmizlik və mənəvi kamilliyin göstəricisi kimi qəbul olunur.
 

Bu, əsrlərdir müsəlman cəmiyyətində həm dini, həm də sağlamlıq baxımından mühüm yer tutan bir əməldir. Sünnətin mahiyyəti sadədir: paklıq, məsuliyyət və nizam. Din də, sağlam düşüncə də bu nöqtədə dayanır.


Lakin zaman keçdikcə biz bu sadəliyi qorumaq əvəzinə, sünnəti təmtəraqlı mərasimlərin, şişirdilmiş adətlərin və israfçılığın mərkəzinə çeviririk. Bu gün bir çox hallarda sünnət mərasimləri ailə daxilində səssiz bir sevinc olmaqdan çıxaraq, toy səviyyəsində təşkil olunan, həm maddi, həm də psixoloji yük yaradan tədbirlərə çevrilib. Şadlıq evləri, geniş menyular, musiqi proqramları, uzun siyahılı dəvətlər… Bütün bunlar sevincdən çox yorğunluq gətirir.

Dinimiz isə bu məsələdə çox açıq mövqe ortaya qoyur. Qurani-Kərimdə buyurulur:

“Yeyin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz.”

(Araf, 31)

Başqa bir ayədə isə israfın mahiyyəti daha sərt ifadə edilir:

“Həqiqətən, israf edənlər şeytanların qardaşlarıdır.”

(İsra, 27)

Bu qədər aydın ilahi xəbərdarlıq varkən, sünnət kimi dini mahiyyət daşıyan bir əməli israfla yanaşı təqdim etmək hansı dəyərlərə xidmət edir? Halbuki bir neçə saatlıq mərasimə sərf olunan vəsait uşağın təhsilinə, sağlamlığına, gələcəyinə yönəldilə bilər.

Bəziləri haqlı olaraq belə bir arqument də irəli sürür: “Axı toya gələnlər pul salır, müəyyən xərclərimiz ödənir, bəzən hətta qazanclı da çıxırıq.” Bu fikir zahirən məntiqli görünə bilər. Amma məsələyə bir az dərindən baxanda aydın olur ki, bu, qazanc deyil, qarşılıqlı borcdur.
 

Bu gün bizim xeyir işimizə verilən pul, sabah başqasının toyuna, sünnətinə, yasına geri qaytarılmalı olan vəsaitdir. Yəni nəticədə heç kim heç nə qazanmır, sadəcə dövr edən bir yük formalaşır. Üstəlik bu “dövr” illərlə davam edən sosial öhdəliyə çevrilir.


Təsadüfi deyil ki, Bakıda yaşayan dostlardan ən çox bunu eşidirəm: "Qardaş, nə qədər toy, sünnət, ad günü olar? Axşamlar evdə çörək yediyimiz günü unutmuşuq. Elə gün olur 3 dənə mərasimə dəvətnamə gəlir..."

Deyən də özümüz, yeyən də... gedən də...

Ən ağrılı məqamlardan biri də “el nə deyər?” düşüncəsidir. Bu psixoloji təzyiq ailələri imkanlarını aşan xərclərə sürükləyir. Halbuki sünnətin ruhunda yarış yox, ölçü və məsuliyyət var.
 

Bu fikirləri nəzəri mülahizə kimi yox, şəxsi təcrübəmə əsaslanaraq bölüşürəm. İki övladıma sünnət etdirmişəm, lakin sünnət toyu keçirməmişəm. Sadə, ailə daxilində bir tədbirimiz olub. Heç kimi şadlıq evinə yığmamışam, heç kəsi xərcə salmamışam. Özüm üçün də sual açıq qalıb: insanları yorub, onları maddi öhdəliyə salmağın adı nədir və bu, hansı mənəvi dəyərə xidmət edir? Məndən sonra ətrafımda olan bir neçə dost və həmkarım, qohumlarım da mənə baxıb öz mərasimlərini kifayət qədər sadə tonda keçiriblər...


Müdriklər boş yerə deməyiblər ki, cəmiyyəti dəyişmək istəyən əvvəl öz davranışı ilə nümunə göstərməlidir. Filosofların birinin dediyi kimi: “İnsanlara yol göstərməyin ən güclü üsulu, o yolu özün getməkdir.” Sözlər tez unudulur, nümunə isə yadda qalır.

Bu yanaşma yalnız sünnət mərasimlərinə aid deyil. Bakıda yaşadığım müddətdə müşahidə etdiyim və məni ciddi şəkildə narahat edən məsələlərdən biri də yas mərasimlərinin getdikcə toy səviyyəsində menyu və təşkilata çevrilməsidir. Yas mərasimi təmkin, dua və həmrəylik üçündür, süfrə bolluğu ilə özünü göstərmək üçün yox.
 

Halbuki əvvəllər yaşadığım Naxçıvanda yaslar daha sadə, daha ölçülü və az xərclə təşkil olunurdu. Naxçıvanda mahiyyət qorunur, forma isə israf həddinə çatmır... Bu da yaxşı bir nümunədir, yəqin zamanla Bakıda da yaz biznesi Naxçıvan nümunəsinin qarşısında əriyəcək...


Bu gün cəmiyyət olaraq özümüzə dürüst suallar verməliyik: biz dəyərləri yaşadırıq, yoxsa adətləri müqəddəsləşdiririk? Sünnətin, yasın, toyun ruhunu qoruyuruq, yoxsa yalnız zahiri görüntüsünü?

Əminəm ki, bu suallara səmimi cavab tapılsa, israf da azalacaq, insanlar da bir-birini yormayacaq. Bunun yolu qadağalardan yox, sağlam düşüncə və şəxsi nümunədən keçir. Dəyişiklik hardansa yox, elə özümüzdən başlamalıdır.

Sahil Tahirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

Zelenski seçkilərin keçirilməsi üçün 60 gün vaxt İSTƏDİ

Zelenski seçkilərin keçirilməsi üçün 60 gün vaxt İSTƏDİ

Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır – Müəmmalı məqamlar var

Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır – Müəmmalı məqamlar var

Sərnişinlərin NƏZƏRİNƏ: Futbola görə 18 marşrutun hərəkəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Futbola görə 18 marşrutun hərəkəti dəyişdiriləcək

Yaxın günlərdə şanslı olacaq BÜRCLƏR

Yaxın günlərdə şanslı olacaq BÜRCLƏR

“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə ÇIXACAQ

“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə ÇIXACAQ

Bütün dünya ona məktub yazır - 104 yaşlı tısbağa əməliyyat olunacaq

Bütün dünya ona məktub yazır - 104 yaşlı tısbağa əməliyyat olunacaq

7-ci sinif şagirdinin məktəbin pəncərəsindən yıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

7-ci sinif şagirdinin məktəbin pəncərəsindən yıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Almaniyada Türkiyə vətəndaşları SAXLANILDI: “Starlink” stansiyasının yandırılmasına görə

Almaniyada Türkiyə vətəndaşları SAXLANILDI: “Starlink” stansiyasının yandırılmasına görə

Özbəkistana yeni müdafiə naziri TƏYİN OLUNDU

Özbəkistana yeni müdafiə naziri TƏYİN OLUNDU

Qusarda dəhşətli yanğın: 83 yaşlı qadın diri-diri yandı - VİDEO

Qusarda dəhşətli yanğın: 83 yaşlı qadın diri-diri yandı - VİDEO

Bakının bu ərazisində QAZ OLMAYACAQ

Bakının bu ərazisində QAZ OLMAYACAQ

Məktəblərdə geyim qaydalarının icrasına dair monitorinqlərə BAŞLANILDI

Məktəblərdə geyim qaydalarının icrasına dair monitorinqlərə BAŞLANILDI

Arne Slot UEFA-da ÇALIŞACAQ

Arne Slot UEFA-da ÇALIŞACAQ

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi - FOTO

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi - FOTO

Instagram və TikTok-a girişdə PROBLEM YARANDI

Instagram və TikTok-a girişdə PROBLEM YARANDI

DTX-dən ƏMƏLİYYAT - Həbs edilənlər var - VİDEO

DTX-dən ƏMƏLİYYAT - Həbs edilənlər var - VİDEO

Maskdan ŞOK XƏBƏRDARLIQ: “Süni intellekt qisas ala bilər”

Maskdan ŞOK XƏBƏRDARLIQ: “Süni intellekt qisas ala bilər”

Fərid Şahbazlı: “Məktəbləri qarşıdurma yuvasına çevirmək istəyənlər qanun qarşısında cavab verəcək”

Fərid Şahbazlı: “Məktəbləri qarşıdurma yuvasına çevirmək istəyənlər qanun qarşısında cavab verəcək”

Trampdan Aİ-yə ittiham: Rusiyaya milyardlarla dollar ödəyib

Trampdan Aİ-yə ittiham: Rusiyaya milyardlarla dollar ödəyib

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YENİ RƏHBƏR

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YENİ RƏHBƏR

Güləşçilərimiz Rusiyada çempion oldular - FOTO

Güləşçilərimiz Rusiyada çempion oldular - FOTO

Azərbaycan Ordusunda zabitlərin təkmilləşdirmə kursu başa çatdı - FOTO

Azərbaycan Ordusunda zabitlərin təkmilləşdirmə kursu başa çatdı - FOTO

Türkiyə–İsrail münasibətlərinin GÖRÜNMƏYƏN ÜZÜ

Türkiyə–İsrail münasibətlərinin GÖRÜNMƏYƏN ÜZÜ

End of content

No more pages to load

RADİO