Təyyarə faciəsinin qurbanlarının xatirəsi yad edilir – FOTO

Dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından bir il ötür.

Bizim.Media xəbər verir ki, hadisənin birinci ildönümü ilə əlaqədar olaraq qəza nəticəsində həlak olan ekipaj üzvlərinin - Azərbaycanın Milli Qəhrəmanları İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanın xatirəsi İkinci Fəxri xiyabanda yad olunub.

Həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub, məzarı önünə əklil qoyulub, tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Ziyarətdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “AZCON Holding”in icraçı direktoru Şahin Babayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev də iştirak ediblər.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Nəticədə 38 nəfər dünyasını dəyişib, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb. İlkin istintaq nəticələrinə əsasən, təyyarənin Rusiyaya məxsus Pantsir-S1 HHM sistemi tərəfindən hücuma məruz qaldığı məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA

Bu videooyunlar tənhalıq hissi ilə mübarizəyə kömək edir?

Avstraliyada "ərköyün" dəniz fili küçələri bir-birinə vurdu - VİDEO

Rus qoşunları Dnestryanı bölgədən nə vaxt çıxarıla bilər? - Moldova Prezidenti şərti açıqladı - FOTO

Gündə 40 siqaret, tünd çay və mürəbbəli tost: 100 yaşlı britaniyalının uzunömürlülük "sirri"

Kiyevdə Leninin heykəlinin yerində İvan Mazepanın abidəsi ucaldılacaq

Gəncədə sükan arxasında infarkt keçirən sürücü VƏFAT ETDİ

Bakıda 37 yaşlı kişini bıçaqlayan şəxs TUTULDU

Türkiyə və Azərbaycan paxlava üçün güclərini birləşdirdi: "İki dövlət, tək ləzzət" - FOTO-VİDEO

Oman parlamenti Azərbaycanla bağlı saziş layihəsini müzakirə edəcək

Araqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi: "Kənar müdaxilə yolverilməzdir"

“Zirə” Özbəkistan klubuna uduzdu

“Zirə” Özbəkistan klubuna uduzdu

Milli Məclisin iki deputatı Ukraynaya GEDƏCƏK

Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix AÇIQLANDI

Ağdərə qəzasında xəsarət alanların ADLARI

“Qarabağ” Andradenin transferindən nə qədər qazanıb?

Türkiyədə meşə yanğınları: 40 min hektar ərazi külə döndü

İsraildə bir neçə saat ərzində ikinci avtomobil partladı - VİDEO

Livanın cənubunda İsrail hərbçisi həlak oldu - FOTO

İrkutskda yanacaq böhranı: Sakinlər sosial şəbəkələrdə haray salır - VİDEO

Bağdadda əməliyyat: Yüksəkrütbəli məmurlar həbs edilir

“Qarabağ”ın Avstriya klubunu məğlub etdiyi oyun - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın 3 komandirini MƏHV ETDİ - FOTO

Venesuelada ana və 9 aylıq körpəsi dağıntılar altından sağ çıxarıldı - VİDEO

End of content

No more pages to load

RADİO