Bakıdan bu rayonlara ƏLAVƏ QATAR REYSLƏRİ təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bütün strukturları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar qeyri-iş günü elan edilən 31 dekabr 2025-ci il - 4 yanvar 2026-cı il tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bizim.Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilir, infrastrukturda davamlı yoxlamalar aparılır.

Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq rayonlararası istiqamətlər üzrə əlavə reyslər təşkil ediləcək.
 

Belə ki, ölkənin mühüm turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu həyata keçirilməsi məqsədilə 31 dekabr - 4 yanvar tarixlərində Bakı-Qəbələ-Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edilib. Bu marşrut üzrə qatar həmin tarixlərdə saat 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.


Bundan əlavə, 1, 2 və 4 yanvar tarixlərində Bakı-Qazax-Bakı marşrutu ilə hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Qatar Bakıdan saat 07:45-də, Qazaxdan isə 16:40-da yola düşəcək.

Həmçinin Bakı-Ağstafa-Bakı istiqamətində 26, 27, 28, 29, 30, 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində əlavə reyslər olacaq. Qatar 26-31 dekabrda saat 08:30-dan Bakıdan, 17:12-də isə Ağstafadan hərəkətə başlayacaq. 1-4 yanvar tarixlərində isə qatarların hərəkətə başlama saatı müvafiq olaraq 08:30 və 17:20 olacaq.

Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə səfər edə bilərlər.

Bakı-Ağdam-Bakı marşrutu üzrə də əlavə reys təyin edilib. Qatar 31 dekabr və 3 yanvar tarixlərində Bakıdan saat 07:10-da, Ağdamdan isə 18:10-da yola düşəcək.
 

Digər turizm bölgələri olan Şəki, Qax, Zaqatala və Balakənə ADY ilə səyahətlərə artan tələbatı təmin etmək məqsədilə Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlara əlavə vaqonlar qoşulacaq. Bakıdan 30 dekabrda hərəkət edəcək sərnişin qatarının tərkibinə 5 əlavə vaqon, 1 yanvar tarixində hərəkətə başlayacaq qatara 1 əlavə vaqon, Balakəndən 2 və 3 yanvar tarixlərində Bakıya istiqamət alacaq qatarın tərkibinə isə 1 əlavə vaqon qoşulacaq. Tələbat artacağı təqdirdə digər reyslərə də əlavə vaqonların qoşulması nəzərdə tutulur.


31 dekabr - 4 yanvar tarixlərində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli əsasında təşkil ediləcək.

ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi də bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq. Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya "ADY Mobile" tətbiqini yükləyə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

Bakının məşhur bazarında gərginlik: Satıcılara ərazini tərk etmək tapşırıldı - VİDEO

Bakının məşhur bazarında gərginlik: Satıcılara ərazini tərk etmək tapşırıldı - VİDEO

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Türkiyədə genişmiqyaslı əməliyyat: 409 nəfər TUTULDU - VİDEO

Türkiyədə genişmiqyaslı əməliyyat: 409 nəfər TUTULDU - VİDEO

Ukraynada Milli Panteon YARADILACAQ - Qanun layihəsini Radaya təqdim edildi

Ukraynada Milli Panteon YARADILACAQ - Qanun layihəsini Radaya təqdim edildi

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA

Bu videooyunlar tənhalıq hissi ilə mübarizəyə kömək edir?

Bu videooyunlar tənhalıq hissi ilə mübarizəyə kömək edir?

Avstraliyada "ərköyün" dəniz fili küçələri bir-birinə vurdu - VİDEO

Avstraliyada "ərköyün" dəniz fili küçələri bir-birinə vurdu - VİDEO

Rus qoşunları Dnestryanı bölgədən nə vaxt çıxarıla bilər? - Prezident şərti açıqladı - FOTO

Rus qoşunları Dnestryanı bölgədən nə vaxt çıxarıla bilər? - Prezident şərti açıqladı - FOTO

Gündə 40 siqaret, tünd çay və mürəbbəli tost: 100 yaşlı britaniyalının uzunömürlülük "sirri"

Gündə 40 siqaret, tünd çay və mürəbbəli tost: 100 yaşlı britaniyalının uzunömürlülük "sirri"

Kiyevdə Leninin heykəlinin yerində İvan Mazepanın abidəsi ucaldılacaq

Kiyevdə Leninin heykəlinin yerində İvan Mazepanın abidəsi ucaldılacaq

Gəncədə sükan arxasında infarkt keçirən sürücü VƏFAT ETDİ

Gəncədə sükan arxasında infarkt keçirən sürücü VƏFAT ETDİ

Bakıda 37 yaşlı kişini bıçaqlayan şəxs TUTULDU

Bakıda 37 yaşlı kişini bıçaqlayan şəxs TUTULDU

Türkiyə və Azərbaycan paxlava üçün güclərini birləşdirdi: "İki dövlət, tək ləzzət" - FOTO-VİDEO

Türkiyə və Azərbaycan paxlava üçün güclərini birləşdirdi: "İki dövlət, tək ləzzət" - FOTO-VİDEO

Oman parlamenti Azərbaycanla bağlı saziş layihəsini müzakirə edəcək

Oman parlamenti Azərbaycanla bağlı saziş layihəsini müzakirə edəcək

Araqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi: "Kənar müdaxilə yolverilməzdir"

Araqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi: "Kənar müdaxilə yolverilməzdir"

“Zirə” Özbəkistan klubuna uduzdu

“Zirə” Özbəkistan klubuna uduzdu

End of content

No more pages to load

RADİO