Çağdaş tariximizin LİDERİ

2003-cü ildən başlayan yol... Bu yol bir millətin taleyini həll etdi, onun varlığının siyasi, hüquqi və mənəvi əsaslarını yaratdı. Bu yol bizi Böyük Zəfərə apardı, imperiya əsarətindən qurtulan bir respublikaya miras qalmış Qarabağ kimi ağır yükü aradan qaldırmağı mümkün edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin edən şanlı yola çevrildi.

Qarabağ problemi ilə bağlı uzun sürən danışıqları son nəticədə xalqımızın xeyrinə dəyişən, Azərbaycanın müstəqilliyinə susayan qüvvələri qətiyyətlə susdurmağı bacaran, millətimizin adını dünya tarixinə qızıl hərflərlə yazan Prezident İlham Əliyev yeni dövrün qlobal lideridir!
 

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - Ümummilli lider Heydər ƏLIYEV.



Bəli, İlham Əliyev Ulu Öndərin bu yüksək etimadını doğrultdu. Çünki, o, yeni bir Azərbaycan yaratdı. Qüdrətli, qarabağlı Azərbaycan! Ulu Öndərin vəsiyyətini həm övlad, həm də siyasi varis olaraq şərəflə yerinə yetirdi. 2003-cü ildə Prezident seçilərkən and içərək milli maraqlara, dövlətçiliyə sadiq qalacağına, “hər bir azərbaycanlının Prezidenti olacağına” söz verdi. Ötən 22 il göstərdi ki, dövlət başçısı verdiyi bütün vədləri yerinə yetirir, Azərbaycanın siyasi-diplomatik, sosial-iqtisadi, hərbi, mədəni-humanitar həyatında yeni dövr hədəflərini uğurla reallaşdırır.

Qalib ölkə zəfər epopeyasını ictimai həyatın bütün sahələrinə uğurla transfer edir.

50 milyon azərbaycanlının lideri

22 il ərzində Azərbaycan dövlətini indiki vəziyyətə çatdırmaq, onu qlobal aktorlar sırasına daxil etmək asan başa gəlmədi. Ötən müddət ərzində zəif, torpaqlarını itirmiş, qüruru tapdalanmış, böyük haqsızlıqlara uğramış bir respublikanı ayağa qaldırmaq, onu bütün təzyiq və bəlalardan hifz etmək, buna paralel olaraq, zəngin təbii resursları və intellektual potensialı olan xalqın iradəsinə arxalanıb güclü dövlət qurmaq ağır məşəqqətlərlə müşayiət olundu. Ancaq Prezident İlham Əliyev dünyada yaşayan 50 milyonluq azərbaycanlının yeganə ümid yerinə çevrilərək çətin və şərəfli missiyanın öhdəsindən layiqincə gəldi.

Tarixdə şəxsiyyətlərin rolu böyükdür. Bu barədə dahi filosoflar, politoloqlar, ictimai xadimlər çox danışıb, şəxsiyyətin, liderin üzərinə düşən mənəvi-psixoloji vəzifələrin konseptual əsaslarını təqdim ediblər.
 

Həqiqətən də, cəmiyyətdə insanları öz ardınca apara bilən liderə tələbat ən taleyüklü mərhələlərdə yaranır. Siyasi arenada dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi, vaxtında və düzgün qərarlar qəbul edərək, onların icrasına dair qətiyyətli addımlar ataraq tarixi bir missiyanı yerinə yetirməyi bacaran şəxsiyyətlər xalqın əsl liderinə və siyasi fenomenə çevrilirlər. İlham Əliyev ötən 22 il ərzində ortaya qoyduğu fəaliyyəti ilə bu keyfiyyətlərə sahib olduğunu bütün dünyaya göstərdi. “Mən nəyi nə zaman və necə etməyi yaxşı bilirəm” deyən Prezident 2003-cü ildə andiçmə mərasimində Azərbaycanın gələcəyi ilə bağlı cəmiyyətə çatdırdığı fikirlərini bu gün effektiv şəkildə həyata keçirir.


İlham Əliyev dövlət başçısı postunda cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanır, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə edir.

Dünya liderlərinin Azərbaycan Prezidentinə 24 dekabr – doğum günü münasibətilə ünvanladıqları təbrik məktublarında bu komponentlərə xüsusi diqqət yetirilir, Azərbaycanı dünya üçün cəlbedici edən parametrlərin İlham Əliyev tərəfindən necə yaradıldığına fundamental əsaslar gətirilir.
 

Prezident İlham Əliyev üçün milli ideyanı gerçəkliyə çevirmək onun lider obrazının ayrılmaz tərkib hissəsidir. Dünya tarixində belə nümunələr olduqca azdır. Xalqın dəstəklədiyi və siyasi liderin fəhmlə duyduğu təməl dəyərlər məsələsində birliyin və konsensusun təmini həm dövlətin sabitliyi və inkişafını təmin edir, həm də ictimai həyatın bütün sahələrində milli meyarların təşəkkül tapmasına gətirib çıxarır.


Nəticədə, qlobal aləm böyük ənənələri olan, dünya mədəniyyətinə ciddi töhfələr verən bir millətin kimliyinə, özünəməxsusluğuna sayğı duymağı öyrənir, bədnam qüvvələrin illər uzunu yaratdığı neqativ postulatların darmadağın edilməsində fenomenal rol oynayır.

Yeni dövr hədəflərinə doğru yeni liderlə

Prezident İlham Əliyev müstəqil Azərbaycanın həyatında bir tarixi dövrü yenisi ilə əvəz edən liderdir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 2023-cü ildə 20 sentyabr antiterror əməliyyatı ilə ərazi bütövlüyü və suverenlik kimi arzularımızı gerçəkliyə çevirən dövlət başçısı 2024-cü il 7 fevral prezident seçkilərində qalib gəlmək və xalqın etimadını qazanmaqla yeni inkişaf mərhələsinə qədəm qoymağımızı təmin etdi.
 

Yeni inkişaf mərhələsinin kod ifadəsi “Böyük millət quruculuğu”dur. Bu mərhələdə də öndə, seçkilərdə xalqın böyük əksəriyyətinin dəstəyini qazanan, bütün dünya azərbaycanlılarının qalib liderinə çevrilən İlham Əliyev gedir. Növbədənkənar prezident seçkiləri həm də dövlət başçısı postunda İlham Əliyevin 20 illik fəaliyyətinin yekunu, epoxal bir dövrün hesabatı idi... Yeni dövrün əsas hədəfləri isə bunlardır.


-İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi;

-təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu;

-qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması;

-cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi;

-müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi;

-zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması.
 

Güclü dövlətə sahib olmaq güclü və müstəqil iqtisadiyyata sahib olmaqdan keçir. Prezident İlham Əliyevin ötən 22 il ərzində həyata keçirdiyi iqtisadi siyasət bu gün Azərbaycanın regional və qlobal müstəvidə qazandığı iqtisadi nüfuzun vizit kartıdır. Hazırda iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə dövlət başçısının təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar ölkə vətəndaşlarının yaşayış səviyyəsinə müsbət təsirini göstərir.


Prezidentin elan etdiyi yeni dövrdə “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə çevrilmək üçün mövcud sosial-iqtisadi modelin məzmunu və strukturu əhəmiyyətli dərəcədə yenilənəcək.

Bu əsasda qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcək. Yeni sosial-iqtisadi inkişaf modeli 2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin edir.

Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.

Prezidentin formalaşdırdığı müasir dövlət modeli

Bəli, çağdaş dövrümüzdə hər bir ölkənin hərtərəfli inkişafı ilk növbədə, həmin ölkədəki cəmiyyət modelinin ideoloji əsaslarının müəyyənləşdirilməsi və onun geniş ictimaiyyətə çatdırılması ilə birbaşa bağlıdır. Azərbaycan timsalında belə bir konsepsiya Prezident İlham Əliyevin liderliyi ilə formalaşan güclü dövlət modeli müstəvisində öz təsdiqini tapır.
 

Azərbaycan qlobal təşkilatlara uğurla inteqrasiya edir, güclü regional təşkilatların yaradılmasında öz sözünü deyir, qlobal iqlim dəyişiklikləri və koronavirus kimi ağır problemlərlə mübarizədə ön sıralarda gedir, xalqın sahib olduqlarını özünə qaytarmaqda və Cənubi Qafqazda dayanıqlı sülhün təminində konseptual baxışını və ideoloji nəzəriyyəsini ortaya qoyur.


Bir sözlə, qədim ənənələri və dövlətçilik fəlsəfəsi olan müasir Azərbaycan dövlətinin yeni dövrün çağırışlarına ən uğurlu adaptasiyası baş verir və müasir Azərbaycanın lideri, Prezident İlham Əliyevin rəhbərliyi altında bu prosesin zəfərlə başa çatacağına qəti inam formalaşır.  

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

ABŞ siyasi sığınacaq qəbulunu faktiki olaraq dayandırır

Bakının məşhur bazarında gərginlik: Satıcılara ərazini tərk etmək tapşırıldı - VİDEO

Bakının məşhur bazarında gərginlik: Satıcılara ərazini tərk etmək tapşırıldı - VİDEO

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

Rusiyada sürücülər növbələrdə gözyaşı tökür - VİDEO

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

ABŞ Ukrayna təcrübəsindən istifadə edərək ucuz raketlər istehsal edəcək

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

DÇ-2026: Bu gün 1/16 final mərhələsinə start verilir

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Fransada təyyarə qəzaya uğradı: 11 ölü var

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Bukinqem sarayı Britaniya krallarının iqamətgahı statusunu itirə bilər

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Peru vətəndaşları "işə düzəlmə" adı altında Rusiya ordusuna cəlb edilir

Türkiyədə genişmiqyaslı əməliyyat: 409 nəfər TUTULDU - VİDEO

Türkiyədə genişmiqyaslı əməliyyat: 409 nəfər TUTULDU - VİDEO

Ukraynada Milli Panteon YARADILACAQ - Qanun layihəsini Radaya təqdim edildi

Ukraynada Milli Panteon YARADILACAQ - Qanun layihəsini Radaya təqdim edildi

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır - ARAŞDIRMA

Bu videooyunlar tənhalıq hissi ilə mübarizəyə kömək edir?

Bu videooyunlar tənhalıq hissi ilə mübarizəyə kömək edir?

Avstraliyada "ərköyün" dəniz fili küçələri bir-birinə vurdu - VİDEO

Avstraliyada "ərköyün" dəniz fili küçələri bir-birinə vurdu - VİDEO

Rus qoşunları Dnestryanı bölgədən nə vaxt çıxarıla bilər? - Prezident şərti açıqladı - FOTO

Rus qoşunları Dnestryanı bölgədən nə vaxt çıxarıla bilər? - Prezident şərti açıqladı - FOTO

Gündə 40 siqaret, tünd çay və mürəbbəli tost: 100 yaşlı britaniyalının uzunömürlülük "sirri"

Gündə 40 siqaret, tünd çay və mürəbbəli tost: 100 yaşlı britaniyalının uzunömürlülük "sirri"

Kiyevdə Leninin heykəlinin yerində İvan Mazepanın abidəsi ucaldılacaq

Kiyevdə Leninin heykəlinin yerində İvan Mazepanın abidəsi ucaldılacaq

Gəncədə sükan arxasında infarkt keçirən sürücü VƏFAT ETDİ

Gəncədə sükan arxasında infarkt keçirən sürücü VƏFAT ETDİ

Bakıda 37 yaşlı kişini bıçaqlayan şəxs TUTULDU

Bakıda 37 yaşlı kişini bıçaqlayan şəxs TUTULDU

Türkiyə və Azərbaycan paxlava üçün güclərini birləşdirdi: "İki dövlət, tək ləzzət" - FOTO-VİDEO

Türkiyə və Azərbaycan paxlava üçün güclərini birləşdirdi: "İki dövlət, tək ləzzət" - FOTO-VİDEO

Oman parlamenti Azərbaycanla bağlı saziş layihəsini müzakirə edəcək

Oman parlamenti Azərbaycanla bağlı saziş layihəsini müzakirə edəcək

Araqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi: "Kənar müdaxilə yolverilməzdir"

Araqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi: "Kənar müdaxilə yolverilməzdir"

“Zirə” Özbəkistan klubuna uduzdu

“Zirə” Özbəkistan klubuna uduzdu

Milli Məclisin iki deputatı Ukraynaya GEDƏCƏK

Milli Məclisin iki deputatı Ukraynaya GEDƏCƏK

End of content

No more pages to load

RADİO