Alimlərdən SENSASİON KƏŞF - Bu dərman bütün nadir xəstəlikləri sağaldacaq

Beynəlxalq tədqiqatçılar qrupu insan orqanizmindəki zülalların mutasiyaya uğramış formalarını bərpa edə bilən nadir xüsusiyyətli bir preparat aşkar edib.

Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri “Nature Structural & Molecular Biology” jurnalında dərc olunub.

Elm adamları müəyyən ediblər ki, artıq təsdiqlənmiş “tolvaptan” adlı dərman, böyrəklərin fəaliyyətində mühüm rol oynayan vazopressin V2 reseptoruna (V2R) təsir göstərərək, onun genetik pozuntulardan sonra da düzgün işləməsini təmin edə bilir.

Məhz bu reseptordakı mutasiyalar nefrogenik şəkərsiz diabet adlı nadir xəstəliyin əsas səbəblərindən sayılır.

Bu xəstəlik zamanı orqanizm çoxlu miqdarda sidik ifraz edir və xəstələr davamlı susuzluq hissi yaşayır.

Araşdırma çərçivəsində alimlər laboratoriyada reseptorun təxminən 7 min müxtəlif versiyasını yaradıblar. Nəticələr göstərib ki, tolvaptan həmin mutasiyaların 87 faizində reseptorun normal fəaliyyətini bərpa edə bilir.

Layihənin aparıcı müəllifi, Barselona Genom Tənzimləmə Mərkəzinin mütəxəssisi Dr. Teylor Miqhell bildirib:

“Mutasiyaya uğramış reseptor hüceyrə daxilində ilişib qalır və səthə çıxmır. Tolvaptan bu prosesi dəyişərək reseptorun səthə çıxmasına və sabit qalmasına kömək edir.”

Tədqiqatın müəllifləri hesab edirlər ki, bu kəşf gələcəkdə genetik pozuntulardan qaynaqlanan nadir xəstəliklərin müalicəsində yeni dövrün başlanğıcı ola bilər. Dərmanın mutasiyanın dəqiq yerindən asılı olmadan zülalı sabitləşdirməsi, universal müalicə üsullarına yol aça bilər.

Genom Tənzimləmə Mərkəzinin və Senqer İnstitutunun rəhbəri, professor Ben Lener isə qeyd edib:

“Əgər bu nəticələr GPCR ailəsinin digər reseptorlarında da öz təsdiqini tapsa, gələcəkdə hər mutasiya üçün ayrıca dərman axtarmağa ehtiyac qalmayacaq. Bu da dərmanların hazırlanma prosesini xeyli sürətləndirəcək.”

Yeni kəşf həm tibbi genetika, həm də farmakologiya sahəsində ən perspektivli irəliləyişlərdən biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Rusiya onu Azərbaycana təhvil verdi

Rusiya onu Azərbaycana təhvil verdi

Buğda ucuzlaşdı

Buğda ucuzlaşdı

Azərbaycanda əməkhaqları ARTDI

Azərbaycanda əməkhaqları ARTDI

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Ən çox hansı sahə üzrə dövlət standartı qəbul edilib? – RƏSMİ AÇIQLAMA

Ən çox hansı sahə üzrə dövlət standartı qəbul edilib? – RƏSMİ AÇIQLAMA

Bu il Azərbaycanda neçə nəfər dünyasını dəyişib?

Bu il Azərbaycanda neçə nəfər dünyasını dəyişib?

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Bu il doğulan əkiz və üçəmlərin SAYI

Bu il doğulan əkiz və üçəmlərin SAYI

Azərbaycanda nikahların və boşanmaların SAYI AZALIB

Azərbaycanda nikahların və boşanmaların SAYI AZALIB

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti AZALDILIR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti AZALDILIR

Kral ailəsinin gəlininin şok görüntüləri üzə çıxdı – Video

Kral ailəsinin gəlininin şok görüntüləri üzə çıxdı – Video

15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyi üçün öldürübmüş

15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyi üçün öldürübmüş

Milli Məclisdən Prezident və birinci xanıma TƏBRİK MƏKTUBU

Milli Məclisdən Prezident və birinci xanıma TƏBRİK MƏKTUBU

ANAİB-in hesabat-seçki iclası - Şəmil Sadiq yenidən sədr seçildi – FOTO

ANAİB-in hesabat-seçki iclası - Şəmil Sadiq yenidən sədr seçildi – FOTO

“Netanyahuya inanırsınızmı” sualına Trampdan gözlənilməz cavab – VİDEO

“Netanyahuya inanırsınızmı” sualına Trampdan gözlənilməz cavab – VİDEO

End of content

No more pages to load

RADİO