BİZİM TƏQVİM: 3 noyabrda baş vermiş tarixi hadisələr

2020-ci ilin bu günündə Azərbaycan Silahları Qüvvələrinin bölmələri cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində döyüş əməliyyatlarını davam etdirib.

Düşmənin xeyli sayda canlı qüvvəsi, dörd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir KUB zenit-raket kompleksi, doqquz müxtəlif tipli topu və iki sursatla dolu yük maşını sıradan çıxarılıb. Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bəs, noyabrın 2-də dünyada daha nələr olub?

1. 3 noyabr 1493-ci ildə Xristofor Kolumb Karib adalarını kəşf edib.

2. 1803-cü ilin bu günündə Çar Rusiyası qoşunlarının Gəncə xanlığına işğalçı yürüşü başlanıb. General Pavel Sisianovun komandanlıq etdiyi qoşunlar dekabrda Gəncə şəhərini mühasirəyə alıb, qızğın döyüşlərdən sonra şəhər süqut edib, Gəncə xanı Cavad xan qəhrəmancasına həlak olub. Bundan öncə rus qoşunları Azərbaycanın şimal-qərbində Car-Balakən bölgəsini ələ keçirmişdi.

3. 3 noyabr 1888-ci ildə Londonda məşhur seriyalı qatil Qarındeşən Cek son qurbanını öldürüb.

4. 3 noyabr 1903-ci ildə ABŞ-ın təhriki və dəstəyi ilə Panama Kolumbiyadan müstəqilliyini elan edib. 5. 1911-ci ilin 3 noyabrında “Chevrolet” şirkəti avtomobil bazarına daxil olub.

6. 1957-ci ilin 3 noyabr tarixindә Sovet İttifaqı ‘‘Sputnik-2’’ peykindә Layka adlı iti orbitә yollayıb.

7. 1982-ci ilin 3 noyabr tarixindә Әfqanıstanın şimalı ilә cәnubunu birlәşdirәn Salanq dәhlizindә yanğın baş verib. Hadisә nәticәsindә iki mindәn çox adam hәlak olub.

8. 1983-cü ilin 3 noyabr tarixindә dünyanın әn böyük 5-ci su bәndi hesab edilәn Atatürk su bәndinin tәmәli qoyulub.

9. 1985-ci ilin 3 noyabr tarixindә iki fransız casus Yeni Zellandiyada ‘‘Rainbow Warrior’’ adlı gәminin gәzaya uğramasına sәbәb olub.

10. 1986-cı ilin bu günündə Naxçıvan şəhərində trolleybus təsis edilib.

11. 3 noyabr 1994-cü ildə Azərbaycanla Çin arasında diplomatik əlaqələr qurulub.

12. 1996-cı ilin 3 noyabr tarixindә Balıkesirin Susurluk qәsәbәsindә baş verәn yol qәzası nәticәsindә Polis İdarәsinin rәisi Hüsein Kocadağ vә üç nәfәr hәlak olub, DYP partiyasının Şanlıurfa üzrә millәt vәkili Sedat Edip Bucak isә yaralanıb. Ölәnlәrdәn Mehmet Özbayın saxta şәxsiyyәtli Abdullah Çatlı olduğu müәyyәnlәşdirilib. Hәmin qәza Türkiyәnin siyasi tarixinә ‘‘Susurluk hadisәsi’’ olaraq keçib.

13. 2002-ci ilin 3 noyabr tarixindә Türkiyәdә növbәdәnkәnar seçkilәr keçirilib. Seçkilәrdә sәslәrin әksәriyyәtini toplayan Ədalət və İnkişaf Partiyası təkbaşına iqtidara gәlib.

Noyabrın 3-də bu şəxsiyyətlər xatırlanır:

1. 3 noyabr 644-cü ildə İkinci İslam xəlifəsi Ömər bin Xəttab Mədinədə qətlə yetirilib.

2. 1797-ci ilin 3 noyabrında rus yazıçısı Aleksandr Bestujev-Marlinski anadan olub (1797-1837). Dekabristlər üsyanında (1825) iştiraka görə Qafqaza sürgün olunub. O, Azərbaycanda yaşayıb, böyük yazıçı-dramaturq Mirzə Fətəli Axundzadə ilə dostluq edib.

3. 3 noyabr 1801-ci ildə İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini, 1801-1835) anadan olub.

4. 3 noyabr 1943-cü ildə Tiflis Azərbaycan teatrının ilk peşəkar aktyorlarından olmuş Mirzəli (Əlibala) Hacı Abbas oğlu Abbasov (1870-1943) vəfat edib. Bir çox tamaşalara quruluş verib, pyeslər yazıb. Gürcüstanın Əməkdar artisti olub.

5. 3 noyabr 1983-cü ildə görkəmli aktyor, Xalq artisti Əliağa Ağayev (22.3.1913 – 1983) vəfat edib. Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında çalışıb. Filmlərdə yaddaqalan obrazlar yaradıb.

6. 3 noyabr 1997-ci ildə Əməkdar artist Zemfira Quliyeva (23.11.1937 – 1997) vəfat edib. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb.

7. 3 noyabr 2007-ci ildə Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadə (21.2.1921 – 2007) vəfat edib. Tematik tablolar, portret janrında uğurlu nümunələr yaradıb, teatr tamaşalarına bədii tərtibat verib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Rusiya onu Azərbaycana təhvil verdi

Rusiya onu Azərbaycana təhvil verdi

Buğda ucuzlaşdı

Buğda ucuzlaşdı

Azərbaycanda əməkhaqları ARTDI

Azərbaycanda əməkhaqları ARTDI

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Ən çox hansı sahə üzrə dövlət standartı qəbul edilib? – RƏSMİ AÇIQLAMA

Ən çox hansı sahə üzrə dövlət standartı qəbul edilib? – RƏSMİ AÇIQLAMA

Bu il Azərbaycanda neçə nəfər dünyasını dəyişib?

Bu il Azərbaycanda neçə nəfər dünyasını dəyişib?

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Bu il doğulan əkiz və üçəmlərin SAYI

Bu il doğulan əkiz və üçəmlərin SAYI

Azərbaycanda nikahların və boşanmaların SAYI AZALIB

Azərbaycanda nikahların və boşanmaların SAYI AZALIB

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti AZALDILIR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti AZALDILIR

Kral ailəsinin gəlininin şok görüntüləri üzə çıxdı – Video

Kral ailəsinin gəlininin şok görüntüləri üzə çıxdı – Video

15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyi üçün öldürübmüş

15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyi üçün öldürübmüş

Milli Məclisdən Prezident və birinci xanıma TƏBRİK MƏKTUBU

Milli Məclisdən Prezident və birinci xanıma TƏBRİK MƏKTUBU

ANAİB-in hesabat-seçki iclası - Şəmil Sadiq yenidən sədr seçildi – FOTO

ANAİB-in hesabat-seçki iclası - Şəmil Sadiq yenidən sədr seçildi – FOTO

“Netanyahuya inanırsınızmı” sualına Trampdan gözlənilməz cavab – VİDEO

“Netanyahuya inanırsınızmı” sualına Trampdan gözlənilməz cavab – VİDEO

End of content

No more pages to load

RADİO