Savaşa gedəndə halallıq istədi, qəhrəmancasına şəhid oldu

Hər kəs dünyaya ya qız, ya da oğlan olaraq gəlir. Bir də Oğul olmaq var, hər oğlan doğulan da oğul olmağı bacarmaz. Başqaları nə düşünür, deyə bilmərəm, mənə görə oğlan və oğul sözləri bir-birindən çox fərqlənir. Ata sözlərimizdə də var-“Oğul düşmən çəpəridir”.

Bir neçə həftə öncə Azərbaycan düşmənə çəpər olan oğullarımızın qəhrəmanlığı, igidliyi sayəsində şanlı zəfərə, böyük qələbəyə imza atdı.

Cəmi 44 günə 100 illik bir yol keçdik, tarix yazdıq. Azərbaycan torpaqlarının azadlığı uğrunda ölümü yaşamaq eşqindən qat-qat uca Oğulların qanı ilə yazıldı qələbə tariximiz.

Həmin oğullardan biri də qəhrəmancasına şəhid olan Xalid Nəciyevdi. Hər dəfə onlar haqqında yazanda ürəyimdən “kaş ki, hər birini həyatda tanıyardım” kimi kədərli bir istək keçir. 

Ötən həftənin cümə günü dostum Billurə Hacızadənin bir paylaşımına rast gəldim:

“Xalidi çox istəməmək mümkün deyildi ki. Xalid elə özü qazanırdı bu sevgini, bu hörməti, bu istəyi. Uzun zamandı gözləyirdik, xəbərini gözləyirdik – qayıdacaq, işinin başına dönəcək deyə. Amma cənab leytenant canından çox sevdiyi Vətən torpağını işğaldan azad edərkən şəhid olub. Elə indicə eşitdiyim bu xəbər o qədər sarsıtdı ki, o qədər parçaladı içimi... Sözlə ifadə edə bilmirəm...

Vətən və Bayraq uğruna can verən şəhidim, gözəl insan, dəyərli həmkarım, sən gedərkən halallıq istəmişdin. İndi sən halal et haqqını bizlərə! Şəhadətin mübarək, qardaşım!”

Fotodan isə həyat dolu bir gənc boylanırdı. Azərbaycan Ordusunun leytenantı Xalid Nəciyev Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızdan biridir. Xalid Saatlı rayon Təhsil şöbəsinin əməkdaşı, PR üzrə mütəxəssis, leytenant, taqım komandiri olub. Müharibəyə gedəndə iş yoldaşları ilə halallaşıb, mesaj göndərib.

Bütün dostları, tanıyanlar çox sevirdilər onu. Doğru, dürüst, ədalətli və işinin peşəkarı idi Xalid. Nə qədər arzuları, istəkləri vardı, amma vətən sevgisi hər şeydən başda gəlirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun.

Ağanisə Sultan Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Birbank Invest" istifadəçilərinin sayı AÇIQLANDI

"Birbank Invest" istifadəçilərinin sayı AÇIQLANDI

Şəkidə "KamAz" yaşlı qadını vuraraq öldürdü

Şəkidə "KamAz" yaşlı qadını vuraraq öldürdü

Rihannadan ilk dəfə qızı ilə birgə FOTOSESSİYA

Rihannadan ilk dəfə qızı ilə birgə FOTOSESSİYA

Pərvin Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Pərvin Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

TƏCİLİ! Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma APARIR

TƏCİLİ! Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma APARIR

“Dinamo”nun futbolçusu “Qarabağ”a KEÇƏ BİLƏR

“Dinamo”nun futbolçusu “Qarabağ”a KEÇƏ BİLƏR

Sevdiyi qadının üzərinə benzin töküb yandıran şəxsdən yeni XƏBƏR VAR

Sevdiyi qadının üzərinə benzin töküb yandıran şəxsdən yeni XƏBƏR VAR

Altı NATO ölkəsindən birgə ƏMƏLİYYAT – Rusiya hərbi təyyarələri belə ələ keçirildi – VİDEO

Altı NATO ölkəsindən birgə ƏMƏLİYYAT – Rusiya hərbi təyyarələri belə ələ keçirildi – VİDEO

"Atam deyirdi ki, səndən adam olmayacaq"

"Atam deyirdi ki, səndən adam olmayacaq"

Gömrük postunda 243 ədəd mobil telefon aşkar edildi

Gömrük postunda 243 ədəd mobil telefon aşkar edildi

İki güləşçimiz Avropa çempionatında bürünc medal QAZANDI

İki güləşçimiz Avropa çempionatında bürünc medal QAZANDI

Ukraynanın DRON MÖCÜZƏSİ – Müharibənin seyrini necə DƏYİŞDİ?

Ukraynanın DRON MÖCÜZƏSİ – Müharibənin seyrini necə DƏYİŞDİ?

İmişlidə canavarlar kəndə hücum etdi – ANBAAN VİDEO

İmişlidə canavarlar kəndə hücum etdi – ANBAAN VİDEO

Dəhşətli qəzada ölən şəxs müəllim imiş – FOTO

Dəhşətli qəzada ölən şəxs müəllim imiş – FOTO

Kanalizasiya qoxusundan şikayət etdiyinə görə qonşusunu ÖLDÜRDÜ

Kanalizasiya qoxusundan şikayət etdiyinə görə qonşusunu ÖLDÜRDÜ

"Teşkilat"ın taleyi bəlli oldu

"Teşkilat"ın taleyi bəlli oldu

Metroda yaranan vəziyyətlə bağlı rəsmi AÇIQLAMA

Metroda yaranan vəziyyətlə bağlı rəsmi AÇIQLAMA

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

“Azeronline” yüksək sürətli internet performansı üzrə lider mövqeyini gücləndirir

“Azeronline” yüksək sürətli internet performansı üzrə lider mövqeyini gücləndirir

Azərbaycan nefti yenidən BAHALAŞDI

Azərbaycan nefti yenidən BAHALAŞDI

Ağsuda 54 yaşlı kişi öldü – HEYVAN OTARIRMIŞ

Ağsuda 54 yaşlı kişi öldü – HEYVAN OTARIRMIŞ

Quba qəzasında xəsarət alan sərnişin xəstəxanada öldü

Quba qəzasında xəsarət alan sərnişin xəstəxanada öldü

Bakıda inqilabi dəyişiklik edilir: sakinləri sevindirən gəlişmə – İLK DƏFƏ

Bakıda inqilabi dəyişiklik edilir: sakinləri sevindirən gəlişmə – İLK DƏFƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO