Ağsuda 54 yaşlı kişi heyvan otararkən ölüb.
Bizim.Media xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Daşdəmirbəyli kəndi ərazisində baş verib.
Kənd sakini 1972-ci il təvəllüdlü Bəkir Təvəkgül oğlu Bağırovun meyiti kəndi ərazisindəki örüş sahəsindən aşkarlanıb.
Onun heyvanlarını otararkən infarktdan öldüyü bildirilir.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır. (Oxu.az)
Bizim.Media