NATO aviasiyası Baltik dənizi üzərində Rusiya hərbi təyyarələrini ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.
Bildirilib ki, insident aprelin 20-də baş verib. Baltik dənizi üzərində Rusiya bombardmançı və qırıcı təyyarələrindən ibarət qrupun ələ keçirilməsi əməliyyatında Fransa, İsveç, Finlandiya, Polşa, Danimarka və Rumıniyadan olan hərbi pilotlar iştirak ediblər.
Fransa tərəfi qeyd edib ki, NATO aviasiyası Rusiyaya məxsus İl-20 kəşfiyyat təyyarəsini, strateji bombardmançıları, həmçinin səsdən sürətli raketdaşıyan-bombardmançılar Tu-22 və qırıcılar Su-30 və Su-35-i müşayiət edib.
Rusiya Müdafiə Nazirliyi isə cavab olaraq bildirib ki, uçuş planlı olub və “neytral sular üzərində” həyata keçirilib. Qurum eyni zamanda etiraf edib ki, marşrutun ayrı-ayrı mərhələlərində uzaqmənzilli bombardmançılar xarici dövlətlərin qırıcıları tərəfindən müşayiət olunub.
Bizim.Media