Bu gün saat 09 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, sürücü Tərlan Siracəddinov idarə etdiyi “KamAZ” markalı yük avtomobilini geriyə hərəkət etdirərkən piyada, 69 yaşlı Solmaz İsayevanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media