Ötən gün Yasamal rayonu Kənar Dairəvi yolda baş vermiş ağır qəzada həyatını itirən şəxsin kimliyi məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Vüqar Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilin “Kamaz”a çırpılması nəticəsində həlak olan şəxs 1974-cü il təvəllüdlü Beyləqan rayon sakini İlhamə Kamranovadır.
O, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim işləyirmiş.
Təhsil müəssisəsindən saytımıza bildirilib ki, dünən İ.Kamranovanın məktəbdə dərsi olmayıb.
Qeyd edək ki, hadisə nəticəsində sürücü V.Məmmədov və daha 2 qadın sərnişini xəsarət alıb.

Bizim.Media