İmişli rayonunda canavarlar kəndə hücum ediblər.
Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində baş verib.
Kənddə fərdi təsərrüfata sürü halında hücum edən canavarlar 2 baş qoyunu parçalayıb, 1-ni isə yaralayıblar.
Kənd sakinlərinin sözlərinə görə, bu cür hal kənddə ilk dəfədir, olur.
Bizim.Media