Bakıda inqilabi dəyişiklik edilir: sakinləri sevindirən gəlişmə – İLK DƏFƏ

Xəbər verdiyimiz kimi, Bakıda metro xəttinin altından avtomobil yolunun çəkilməsi planlaşdırılır. Bildirilir ki, yeni layihə “Ulduz” və “Koroğlu” stansiyaları ətrafındakı nəqliyyat sıxlığını azaltmağa xidmət edəcək. Burada avtomobil, metro və dəmir yolunu birləşdirən yeni nəqliyyat qovşağı yaradılacaq.

Dünya təcrübəsində belə bir layihə varmı? Belə yollar üçün hər hansı təhlükə riski gözlənilir?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, dünya praktikasında bu cür təcrübələr artıq mövcuddur:

“Avropa ölkələri arasında İspaniya, Fransa və İtaliyada, Asiyada isə Yaponiya və Çində bu tip layihələr həyata keçirilib. Əlbəttə, müasir texnologiyaların sürətlə inkişaf etdiyi indiki dövrdə belə layihələrin icrası tam mümkündür. Bu zaman bütün risklər əvvəlcədən nəzərə alınır, texniki ölçmələr və təhlükəsizlik hesablamaları aparılır, yalnız bundan sonra layihənin icrasına başlanılır”.

Ekspert bildirib ki, bu, ölkəmiz üçün də uğurlu layihələrdən biri ola bilər:

“Əsas məqsəd nəqliyyatın sərbəst hərəkətini təmin etməkdir. Əslində, bu, şəhər nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına yönəlmiş proqramın bir hissəsidir. Bu ilk təcrübə olsa da, zərurət yarandığı halda gələcəkdə ölkənin digər ərazilərində də bu modelin tətbiqi mümkün görünür”.

Qeyd edək ki, dünya təcrübəsində metro xətlərinin altından və ya yaxınlığından avtomobil tunellərinin çəkilməsi yeni hal sayılmır. Böyük şəhərlərdə nəqliyyat sıxlığını azaltmaq üçün çoxsəviyyəli yeraltı sistemlər qurulur və metro, avtomobil yolu və dəmir yolu müxtəlif dərinliklərdə yerləşdirilir.

Məsələn, İstanbulda çoxməqsədli tunel layihələrində avtomobil və dəmir yolu eyni yeraltı sistemdə planlaşdırılır. Bu cür layihələr yüksək dəqiqlikli mühəndis hesablamaları tələb etsə də, dünyanın bir çox iri şəhərlərində uğurla tətbiq olunur. Məqsəd əsasən yerüstü tıxacları azaltmaq və nəqliyyat axınını daha səmərəli idarə etməkdir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Qanunsuz oynadı, FİFA tədbir görmədi

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

Sərnişin stüardessanı diz çökərək üzr istəməyə məcbur etdi – VİDEO

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

"Bizi adam ölən günü qurban kəsməkdə ittiham edirlər" - Qonşularını öldürən ər-arvadın İŞİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Bu ölkə Avroviziya-2027-dən İMTİNA ETDİ

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Dünya çempionatı: Cüdoçumuz bürünc medal qazandı - VİDEO

Rusiya XİN-dən İrəvana SƏRT İTTİHAM: “Məsuliyyəti Moskvanın üzərinə atırlar”

Rusiya XİN-dən İrəvana SƏRT İTTİHAM: “Məsuliyyəti Moskvanın üzərinə atırlar”

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

Trampdan seçkilərlə bağlı müəmmalı MESAJ: “Sürprizi gözləyin!”

Dövlət Xidmətinin külli miqdarda rüşvətdə təqsirləndirilən sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

Dövlət Xidmətinin külli miqdarda rüşvətdə təqsirləndirilən sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

XİN başçısı Gürcüstanın yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO

XİN başçısı Gürcüstanın yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO

Fransada ARA QARIŞDI: 250 mindən çox insan yürüş keçirdi - VİDEO

Fransada ARA QARIŞDI: 250 mindən çox insan yürüş keçirdi - VİDEO

Naxçıvanın bəzi ərazilərində işıq OLMAYACAQ

Naxçıvanın bəzi ərazilərində işıq OLMAYACAQ

Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ - FOTO

Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə GÖRÜŞDÜ - FOTO

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək qərarı sosial mediada sərt etirazlara səbəb oldu – FOTOFAKT

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək qərarı sosial mediada sərt etirazlara səbəb oldu – FOTOFAKT

İstanbulda məktəbə bıçaqlı hücumda bir şagird öldü – FOTO-VİDEO

İstanbulda məktəbə bıçaqlı hücumda bir şagird öldü – FOTO-VİDEO

Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər

Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər

Trampın keçmiş köməkçisi yeni işə başlayır – FOTO

Trampın keçmiş köməkçisi yeni işə başlayır – FOTO

İspaniyada çaylar qara rəngə boyandı - Foto/Video

İspaniyada çaylar qara rəngə boyandı - Foto/Video

Xocalıda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı

Xocalıda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı

DİM sədri ali məktəblərdə dövlət sifarişi üzrə yerlərin boş qalmasının səbəbini AÇIQLADI - FOTO

DİM sədri ali məktəblərdə dövlət sifarişi üzrə yerlərin boş qalmasının səbəbini AÇIQLADI - FOTO

Sumqayıtda tikilidə yanğın oldu

Sumqayıtda tikilidə yanğın oldu

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO

Fazil Məmmədov nazir müavini təyin edildi

Fazil Məmmədov nazir müavini təyin edildi

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

End of content

No more pages to load

RADİO