Cəbrayıl şəhərində daha 50 ailəyə mənzillərin açarları təqdim olundu – FOTO

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Bizim.Media xəbər verir ki, Cəbrayıl şəhəri bu gün 50 ailə olmaqla, 199 nəfərə qucaq açıb.

Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.
 

Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Həmçinin rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.


Köçürülən ailələrin dövlətimizin başçısının göstərişi əsasında Cəbrayıl şəhərində yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.

Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Mənzillərin açarlarının təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən - yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab

Ərdoğan NATO liderlərinə qeyri-adi hədiyyə verdi: Baş nazir qəbul etmədi - FOTO

Ərdoğan NATO liderlərinə qeyri-adi hədiyyə verdi: Baş nazir qəbul etmədi - FOTO

Yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı – Video

Yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı – Video

Samux qəzasında xəsarət alan şəxslərin SON DURUMU

Samux qəzasında xəsarət alan şəxslərin SON DURUMU

Soçidə 70-dən çox reys təxirə salındı

Soçidə 70-dən çox reys təxirə salındı

Qubada keçmiş məhkum həyətində ölü TAPILDI

Qubada keçmiş məhkum həyətində ölü TAPILDI

Biləsuvarda film kimi TƏBİƏT HADİSƏSİ - Qum burulğanının əsl səbəbi BƏLLİ OLDU – VİDEO

Biləsuvarda film kimi TƏBİƏT HADİSƏSİ - Qum burulğanının əsl səbəbi BƏLLİ OLDU – VİDEO

Azərbaycanda yayılan çəyirtkələr Qazaxıstan və Rusiyadan gəlib – RƏSMİ – FOTO/VİDEO

Azərbaycanda yayılan çəyirtkələr Qazaxıstan və Rusiyadan gəlib – RƏSMİ – FOTO/VİDEO

ABŞ-ın İrana son hücumlarında 14 nəfər ölüb, 78 nəfər yaralanıb

ABŞ-ın İrana son hücumlarında 14 nəfər ölüb, 78 nəfər yaralanıb

Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatdı

Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatdı

Daşkənddə “Türk dünyasında mənəvi dirçəliş və informasiya təhlükəsizliyi” forumu keçirildi - FOTOLAR

Daşkənddə “Türk dünyasında mənəvi dirçəliş və informasiya təhlükəsizliyi” forumu keçirildi - FOTOLAR

Sosial müavinətlərlə bağlı YENİ XƏBƏR VAR

Sosial müavinətlərlə bağlı YENİ XƏBƏR VAR

Azərbaycanın UEFA əmsallar cədvəlində xal ehtiyatını artırdı - FOTO

Azərbaycanın UEFA əmsallar cədvəlində xal ehtiyatını artırdı - FOTO

Bakıda 88 yaşlı qadın evində ölü tapıldı

Bakıda 88 yaşlı qadın evində ölü tapıldı

“TRIPP ilə bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq” - Ceyhun Bayramov

“TRIPP ilə bağlı yaxın vaxtlarda yeni xəbərlər olacaq” - Ceyhun Bayramov

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul BAŞLADI

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul BAŞLADI

Ceyhun Bayramov: “Eksklav kəndlərlə bağlı məsələlər öz həllini tapacaq”

Ceyhun Bayramov: “Eksklav kəndlərlə bağlı məsələlər öz həllini tapacaq”

İraqda Məsud Pezeşkian və Abbas Əraqçı hücuma məruz qaldılar - VİDEO

İraqda Məsud Pezeşkian və Abbas Əraqçı hücuma məruz qaldılar - VİDEO

“Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır”

“Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır”

Bəzi avtomobillərin GÜZƏŞTLİ idxal qaydaları müəyyənləşdi

Bəzi avtomobillərin GÜZƏŞTLİ idxal qaydaları müəyyənləşdi

Zaqatalada 10 gün içməli su olmayacaq – SƏBƏB - VİDEO

Zaqatalada 10 gün içməli su olmayacaq – SƏBƏB - VİDEO

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı - VİDEO

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı - VİDEO

Qızmar günəş altında işləyənlərə XƏBƏRDARLIQ

Qızmar günəş altında işləyənlərə XƏBƏRDARLIQ

Qalibafdan ABŞ-a sərt mesaj: "Əbəs yerə çabalamayın" - FOTO

Qalibafdan ABŞ-a sərt mesaj: "Əbəs yerə çabalamayın" - FOTO

End of content

No more pages to load

RADİO