Bəzi avtomobillərin GÜZƏŞTLİ idxal qaydaları müəyyənləşdi

Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalı zamanı vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı yeni hüquqi mexanizmlər müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində", "Banklar haqqında" və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 13 fevral 2026-cı il tarixli 355-VIIQD nömrəli Qanununa əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən verilən təsdiqedici sənəd əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla idxal edilən nadir (raritet) avtonəqliyyat vasitələrinə vergi və gömrük güzəştləri tətbiq olunur.
 

Bununla əlaqədar proseslərin vahid qaydada təşkilinin tənzimlənməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən daxili qaydalar - "Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə güzəştli şərtlərlə idxalına dair təsdiqedici sənədin verilməsi Qaydaları" hazırlanıb.


Qaydalara əsasən, Mədəniyyət Nazirliyi yanında yaradılmış Ekspert Komissiyası daxil olan müraciətləri qiymətləndirəcək və avtonəqliyyat vasitələrinin nadir (raritet) meyarlarına uyğunluğu barədə rəy verəcək.

Qiymətləndirmə tarixi və mədəni əhəmiyyət, nadirlik (unikallıq), kolleksiya dəyəri, orijinallıq səviyyəsi, texniki vəziyyət və Qaydalarla müəyyən edilmiş digər meyarlar əsasında həyata keçiriləcək.

Yeni mexanizmin tətbiqi nadir (raritet) avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi prosesində şəffaflığın, obyektivliyin və vahid yanaşmanın təmin edilməsinə, habelə yüksək tarixi, texniki və kolleksiya əhəmiyyətinə malik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin təşviqinə xidmət edəcək.

Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasına güzəştli şərtlərlə idxalı üçün təsdiqedici sənəd almaq istəyən şəxslərin elektron müraciətlərinin qəbulu 9 iyul 2026-cı il tarixində saat 14:00-dan etibarən başlanılır. Müraciətlər my.culture.az informasiya resursu vasitəsilə elektron qaydada qəbul edilir.

Müraciətə baxılma prosesi ilkin sənəd yoxlanılması, Ekspert Komissiyası tərəfindən həyata keçirilən ekspertiza və qiymətləndirmə olmaqla iki mərhələdən ibarətdir. Müraciətin nümunəvi forması, tələb olunan sənədlərin siyahısı və qiymətləndirmə meyarları müvafiq Qaydalarda əks olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Pezeşkianla görüşündə: “Azərbaycanın yardımı qardaşlıq nümunəsidir”

İlham Əliyev Pezeşkianla görüşündə: “Azərbaycanın yardımı qardaşlıq nümunəsidir”

Köhnə butulkalarda kvas qablaşdıran sex bağlandı - FOTO

Köhnə butulkalarda kvas qablaşdıran sex bağlandı - FOTO

Əraqçi Netanyahuya “ilan” dedi

Əraqçi Netanyahuya “ilan” dedi

İrem Dericinin nişanlısı tutuldu

İrem Dericinin nişanlısı tutuldu

“Günelin telefonunda çoxlu gizli nömrələr vardı” - Arvadını öldürən kişinin İFADƏSİ

“Günelin telefonunda çoxlu gizli nömrələr vardı” - Arvadını öldürən kişinin İFADƏSİ

Sahibə Qafarova Serbiyaya işgüzar səfərə getdi - FOTO

Sahibə Qafarova Serbiyaya işgüzar səfərə getdi - FOTO

Prezident və xanımı Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının AÇILIŞINDA - FOTO

Prezident və xanımı Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının AÇILIŞINDA - FOTO

Azərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcək

Azərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcək

Sumqayıtda ata oğlunu bıçaqladı – Saxlanılan var

Sumqayıtda ata oğlunu bıçaqladı – Saxlanılan var

Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşdi - FOTO

Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşdi - FOTO

Autizmli uşağın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

Autizmli uşağın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

Magistraturaya boş qalan yerlərin nəticələri ELAN OLUNDU

Magistraturaya boş qalan yerlərin nəticələri ELAN OLUNDU

Azərbaycanda 5 şirkət ləğv olunur

Azərbaycanda 5 şirkət ləğv olunur

Ceyhun Bayramovla Mirzoyanın Bişkekdə ayaqüstü söhbəti – VİDEO

Ceyhun Bayramovla Mirzoyanın Bişkekdə ayaqüstü söhbəti – VİDEO

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı SAXLANILDI

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı SAXLANILDI

DİQQƏT! Bakının bu ərazisində su KƏSİLƏCƏK

DİQQƏT! Bakının bu ərazisində su KƏSİLƏCƏK

Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma APARIR

Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma APARIR

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTO

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTO

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi– Foto

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi– Foto

Sürücülərin DİQQƏTİNƏ: Bakının bir sıra küçələrində təmir BAŞLAYIR

Sürücülərin DİQQƏTİNƏ: Bakının bir sıra küçələrində təmir BAŞLAYIR

39 nəfər XƏSTƏXANALIQ oldu – TƏBİB-dən AÇIQLAMA

39 nəfər XƏSTƏXANALIQ oldu – TƏBİB-dən AÇIQLAMA

Süni intellekt 12 peşəni sıradan çıxarır: 2035-ci ilə qədər...

Süni intellekt 12 peşəni sıradan çıxarır: 2035-ci ilə qədər...

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yeniləndi – FOTO

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yeniləndi – FOTO

Bu ərazilərdə Amerika ağ kəpənəyi yayılıb – FOTO

Bu ərazilərdə Amerika ağ kəpənəyi yayılıb – FOTO

End of content

No more pages to load

RADİO