Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatdı

Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb və bu göstərici xarici şoklara qarşı etibarlı maliyyə buferi rolunu oynayır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankının "Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026" hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyat geosiyasi gərginlik, təchizat zəncirlərində pozuntular və iqlim riskləri ilə üzləşsə də, Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır.

O qeyd edib ki, maliyyə sektoru dayanıqlığını qoruyur. Kapital adekvatlığı əmsalı 17%, likvidliyin örtülməsi əmsalı 155%, problemli kreditlərin xüsusi çəkisi 2,9% təşkil edir. Kreditlər üzrə dollarlaşma 13,7%-ə, rezident depozitləri üzrə isə 27%-ə qədər azalıb.
 

AMB sədrinin birinci müavini bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatında üç əsas struktur dəyişiklik müşahidə olunur. Qeyri-neft sektoru iqtisadi artımda getdikcə daha böyük rol oynayır, artımın mənbələri tikinti kimi qeyri-ticarət sahələrindən nəqliyyat-logistika, informasiya texnologiyaları və qeyri-neft sənayesi kimi ixracyönümlü sahələrə keçir, iqtisadi artım isə dövlət xərclərindən daha az, özəl sektorun fəaliyyəti hesabına formalaşır.


Əliyar Məmmədyarovun sözlərinə görə, AMB-nin may proqnozuna əsasən, bu il Azərbaycanda ÜDM-in 1,1%, 2027-ci ildə isə 3,2% artacağı gözlənilir. Qeyri-neft sektorunda artımın isə müvafiq olaraq 3,2% və 4,7% olacağı proqnozlaşdırılır.

O vurğulayıb ki, iqtisadiyyatın növbəti inkişaf mərhələsində şaxələndirmə həlledici rol oynayacaq və bu baxımdan turizm sektoru böyük istifadə olunmamış potensiala malikdir. Onun sözlərinə görə, hava əlaqələrinin genişlənməsi, viza rejiminin sadələşdirilməsi və turizm istiqamətlərinin təşviqi nəticəsində son üç ildə turizm gəlirləri orta hesabla hər il 38% artıb.

2026-cı ilin birinci rübündə isə turizm xidmətlərinin ixracı qeyri-neft xidmət ixracının 21%-ni təşkil edib.

Əliyar Məmmədyarov əlavə edib ki, Dünya Bankının hesabatında nəqliyyat və informasiya əlaqələrinin gücləndirilməsi, regional turizm istiqamətlərinin inkişafı, özəl sektorun iştirakının artırılması və insan kapitalına investisiyaların genişləndirilməsi ilə bağlı tövsiyələr Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri ilə üst-üstə düşür. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşdi - FOTO

Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşdi - FOTO

Autizmli uşağın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

Autizmli uşağın zorakılığa məruz qalması ilə bağlı RƏSMİ AÇIQLAMA

Magistraturada boş qalan yerlərin nəticələri ELAN OLUNDU

Magistraturada boş qalan yerlərin nəticələri ELAN OLUNDU

Azərbaycanda 5 şirkət ləğv olunur

Azərbaycanda 5 şirkət ləğv olunur

Ceyhun Bayramovla Mirzoyanın Bişkekdə ayaqüstü söhbəti – VİDEO

Ceyhun Bayramovla Mirzoyanın Bişkekdə ayaqüstü söhbəti – VİDEO

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı SAXLANILDI

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı SAXLANILDI

DİQQƏT! Bakının bu ərazisində su KƏSİLƏCƏK

DİQQƏT! Bakının bu ərazisində su KƏSİLƏCƏK

Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma APARIR

Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma APARIR

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTO

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTO

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi– Foto

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi– Foto

Sürücülərin DİQQƏTİNƏ: Bakının bir sıra küçələrində təmir BAŞLAYIR

Sürücülərin DİQQƏTİNƏ: Bakının bir sıra küçələrində təmir BAŞLAYIR

39 nəfər XƏSTƏXANALIQ oldu – TƏBİB-dən AÇIQLAMA

39 nəfər XƏSTƏXANALIQ oldu – TƏBİB-dən AÇIQLAMA

Süni intellekt 12 peşəni sıradan çıxarır: 2035-ci ilə qədər...

Süni intellekt 12 peşəni sıradan çıxarır: 2035-ci ilə qədər...

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yeniləndi – FOTO

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yeniləndi – FOTO

Bu ərazilərdə Amerika ağ kəpənəyi yayılıb – FOTO

Bu ərazilərdə Amerika ağ kəpənəyi yayılıb – FOTO

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü KEÇİRİLİB - FOTO/VİDEO

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü KEÇİRİLİB - FOTO/VİDEO

Bu bürclər ilin sonunadək hədəflərinə çatacaq

Bu bürclər ilin sonunadək hədəflərinə çatacaq

500 manatdan başlayan qiymətlərlə: Dövlət qurumlarına məxsus avtomobillər satılır

500 manatdan başlayan qiymətlərlə: Dövlət qurumlarına məxsus avtomobillər satılır

"Paxmel"dən sonra nə yemək lazımdır? -Həkim tövsiyəsi

"Paxmel"dən sonra nə yemək lazımdır? -Həkim tövsiyəsi

Bakının mərkəzindəki aptekdə ölüm hadisəsi

Bakının mərkəzindəki aptekdə ölüm hadisəsi

Ruzbeh Məmməd vəzifəsindən ayrıldı – FOTO

Ruzbeh Məmməd vəzifəsindən ayrıldı – FOTO

Ərdoğana da oyuncaq bəbir hədiyyə EDİLDİ

Ərdoğana da oyuncaq bəbir hədiyyə EDİLDİ

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verdi

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verdi

Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ – FOTO

Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ – FOTO

End of content

No more pages to load

RADİO