Bu gün İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf ABŞ-ən son hava hücumlarından sonra Vaşinqtona sərt xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, o, "X" hesabında paylaşdığı açıqlamada bildirib ki, ABŞ hələ də təhdid və pozulmuş vədlərin nəticəsiz qalmayacağını anlamayıb.
" Açıq deyim: zərbə endirsəniz, cavab alacaqsınız. Əbəs yerə çabalamayın, çünki daha da batacaqsınız. Hörmüz boğazı yalnız “İranla razılaşma” ilə açılacaq, Amerika təhdidləri ilə yox", – deyə Qalibaf yazıb.

Bizim.Media