Rusiyanın Soçi Beynəlxalq Hava Limanında 70-dən çox aviareys təxirə salınıb.
Bizim.Media TASS agentliyinə istinadla xəbər verir ki, təxirə salınan uçuşlar arasında İstanbul, Təl-Əviv, Tbilisi, Batumi, Səmərqənd, həmçinin Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk və digər şəhərlərə və həmin şəhərlərdən həyata keçirilən reyslər də var.
Məlumata görə, son günlər Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Soçi hava limanında bir neçə dəfə müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Hazırda təyyarələrin qəbulu və yola salınması müvafiq qurumların icazəsi ilə həyata keçirilir.
Bənzər məhdudiyyətlərin Krasnodar və Gelencik hava limanlarında da tətbiq olunduğu bildirilir.
Bizim.Media