“Yuxuda dedi ki, ana, səni istəyirəm...” Şəhid Zakir Cəfərovun anası...

2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Xocavənd rayonu istiqamətində düşmən tərxibatının qarşısını alarkən beş hərbçimiz şəhid oldu. Bu gün onların şəhadətindən iki il ötür. Şəhid olan hərbçilərimizdən biri də beş nəfərlik qrupun istehkamçısı əsgər Zakir Cəfərovdur.xa0

Ailədə iki qardaş olan Zakirgil müəllimə anası Kəmalə xanımın verdiyi tərbiyə ilə vətənə sevgini öyrənib. Evin böyük oğlu olan Zakir orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb. 2017-ci ildə isə hərbçi yoldaşları ilə birlikdə qəhrəmancasına şəhid olub.xa0

Şəhidimizin anası Kəmalə xanım Moderator.az-a açıqlamasında Zakirsiz daha bir ilin ötməsinə görə, heyfsiləndi. Bildirdi ki, onsuz çox çətindi, sadəcə həyatımızın adı yaşamaqdı:

“Bu gün ikinci il mərasimini keçirdik. Daha bir il ötdü Zakirsiz. Sabah isə Zakirin xidmət etdiyi hərbi hissəyə yola düşəcəyik. Orada şəhidlərimizlə bağlı tədbir keçiriləcək. Zakir tez-tez yuxuma girir, elə iki il öncə fevralın 23-də telefonla danışmışdıq. Mənə dedi ki, “Özünüzdən muğayat olun”. Fevralın 24-dən 25-nə keçən gecə də şəhid oldular. İki gün neytral ərazidə qaldıqlarını bilmirdik, zəng vururduq, amma cavab verən yox idi. Onlar neytral ərazidən götürüldükdən sonra Zakirin şəhid olduğunu saytlarda xalası oxuyub. İşdən evə gələndə gördüm ki, millət bizdədi. Bu il fevralın 23-də yenə Zakir yuxuma girdi. Gördüm uzanıb deyir ki, “ana, səni istəyirəm...”.xa0

Şəhid anası ötən bu iki ili ancaq onlara dəstək olan insanların sayəsində ayaqda durduqlarını bildirdi:

“Var olsun, yaxşı dostlar. Onların sayəsində ayaqdayıq. Bizi diqqətdən kənarda qoymurlar. Həmişə yanımızdadırlar. Zakir çox dostlar qazanmışdı, indi o, dostlar bizi yalnız qoymur. Qrup yoldaşlarından biri yeni doğulan oğlunun adını Zakir qoydu. Əlbəttə bizim üçün çox çətindir, sadəcə, həyatımızın adı yaşamaqdır”.

Xatırladaq ki, Zakir Cəfərov 1996-cı il mayın 3-də Bakı şəhərində anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb. 2016-cı il yanvarın 7-də hərbi xidmətə yollanıb. Beyləqan rayonunda hərbi xidmətə başlayıb. Zakir sonradan xidmətini davam etdirmək üçün Xocavənd rayon Qaradağlı kəndinə yollanıb. 2017-ci il fevral döyüşləri zamanı Zakir dörd hərbçi yoldaşları ilə birlikdə qəhrəmancasına şəhid olub. Fevralın 27-də beş hərbçimizin nəşi neytral ərazidən götürülərək, dəfn edilməsi üçün ailələrinə, yaşadıqları ünvana gətirilib. Şəhid Zakir Cəfərov fevralın 28-də Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən qəbiristanlıqda böyük izdihamla dəfn edilib. Şəhid Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, “Şücaətə görə” medalı ilə təltif edilən ilk hərbçidir.xa0
xa0
Xatırladaq ki, həmin əməliyyatda mayor Aqşin Abdullayev, kapitan Şahlar Nəzərov, baş-leytenant Tural Həşimli və gizir Zülfi Qədimov şəhid olub.xa0

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!




Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda "Türk Dünyası Həftəsi" BAŞLADI

Bakıda "Türk Dünyası Həftəsi" BAŞLADI

İsrailin qondarma "erməni soyqırımı" ilə bağlı qərarına rəsmi Bakıdan REAKSİYA

İsrailin qondarma "erməni soyqırımı" ilə bağlı qərarına rəsmi Bakıdan REAKSİYA

Çay sahilində çətənə kolu yetişdirdi, tutuldu - Qaxda meşəlik ərazidə ƏMƏLİYYAT – ANBAAN VİDEO

Çay sahilində çətənə kolu yetişdirdi, tutuldu - Qaxda meşəlik ərazidə ƏMƏLİYYAT – ANBAAN VİDEO

Rusiyadan sonra Çinə SƏFƏR ETDİ – Nə baş verir? – VİDEO

Rusiyadan sonra Çinə SƏFƏR ETDİ – Nə baş verir? – VİDEO

Polis Saatlıda əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO

Polis Saatlıda əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Rusiyadan Sumı və Zaporojyeye RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Rusiyadan Sumı və Zaporojyeye RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Şəmkirdə evdə qadın meyiti TAPILDI

Şəmkirdə evdə qadın meyiti TAPILDI

İllik xərci 15 milyon dollardır – Görənləri heyran qoyan “ÜZƏN SARAY” – VİDEO

İllik xərci 15 milyon dollardır – Görənləri heyran qoyan “ÜZƏN SARAY” – VİDEO

Qızıl və gümüş UCUZLAŞIR

Qızıl və gümüş UCUZLAŞIR

Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...

Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...

Qafqazın ilk rəsmi “Apple Shop”u “Kontakt”da fəaliyyətə başladı – APPLE EKOSİSTEMİ BİR MƏKANDA

Qafqazın ilk rəsmi “Apple Shop”u “Kontakt”da fəaliyyətə başladı – APPLE EKOSİSTEMİ BİR MƏKANDA

Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi

Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi

Əraqçidən körfəz ölkələrinə gözlənilməz MESAJ

Əraqçidən körfəz ölkələrinə gözlənilməz MESAJ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Aparat rəhbəri ölkədə fəaliyyət göstərən hakimlərin sayını açıqladı

Aparat rəhbəri ölkədə fəaliyyət göstərən hakimlərin sayını açıqladı

Ürəyi ən təmiz 5 bürc

Ürəyi ən təmiz 5 bürc

Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir? – VİDEO

Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir? – VİDEO

Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı – Azərbaycana da yaxınlaşır?

Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı – Azərbaycana da yaxınlaşır?

“Ağcaqanad, qurbağa əlindən oturmaq olmur”– Video

“Ağcaqanad, qurbağa əlindən oturmaq olmur”– Video

Güclü zəlzələnin ANBAAN VİDEOSU

Güclü zəlzələnin ANBAAN VİDEOSU

ABŞ və İran razılığa gəldi – Növbəti görüşün yeri və vaxtı BƏLLİ OLDU

ABŞ və İran razılığa gəldi – Növbəti görüşün yeri və vaxtı BƏLLİ OLDU

İyul ayında var-dövlət içində üzəcək 3 bürc

İyul ayında var-dövlət içində üzəcək 3 bürc

Xalq şairinin oğlu vəfat etdi

Xalq şairinin oğlu vəfat etdi

End of content

No more pages to load

RADİO