Korrupsiyaya görə həbs edilən icra başçıları – ARAŞDIRMA

Məlum olduğu kimi, ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax rayonunda əməliyyat keçirib. Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Korrupsiya əməllərində ittiham olunan başçı barəsində həbs qətimkan tədbiri seçilib.

2019-cu ildən indiyədək Azərbaycanda həbs edilən icra başçılarının əksəriyyəti eyni ittihamla saxlanılıb və həbs olunublar.

Bizim.Media vəzifəsini yerinə yetirərkən tutduğu nöqsanlara görə məhkumluq həyatı yaşayan icra başçılarının siyahısını təqdim edir.

Qoca Səmədov


2019-cu ildə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə saxlanılıb. Törətdiyi cinayət əməllərinə görə, 7 il 3 ay həbs cəzasına məhkum edilən sabiq başçının səhhəti nəzərə alınaraq həbs müddəti 6 ilə endirilib. Həbsdə olarkən 3 dəfə əməliyyat olunan, 2023-cü ildə şərti azadlığa buraxılan Qoca Səmədov həmin ilin dekabrında vəfat edib.

Nizaməddin Quliyev


Elə həmin il Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanan Ağstafa rayonunun keçmiş icra başçısı Nizaməddin Quliyev də həbsdə olarkən vəfat edən icra başçılarındandır. 9 il müddətində azadlıqdan məhrum edilən eks-icra başçısı 2021-ci ildə koronavirusdan ölüb. O, 10 il Gədəbəy Rayon İcra Hakimiyyətinə başçılıq edəndən sonra elə saxlanıldığı il Ağstafa rayonuna icra başçısı təyin olunmuşdu.

İcra başçılarının həbsi 2020-ci ildə də davam edib. Həmin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin, ardından Kürdəmir, Cəlilabad rayonlarının da başçıları həbs olunub. 

İsmayıl Vəliyev


Neftçalanın sabiq və həbsdə olan icra başçısı İsmayıl Vəliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətində azadlıqdan məhrum edilib. Onun cəzası kassasiya şikayəti əsasında 6 il 2 aya endirilib. Qeyd edək ki, o, 2005-ci ildən Qobustan, 2011-ci il tarixdən 20 fevral 2020-ci ilədək Neftçala RİH-nin başçısı vəzifəsində çalışıb.

Mahir Quliyev


Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyev 2020-ci il aprelin 30-da vəzifəsindən azad edilib. 2006-cı ildən 2011-ci ilədək Astara, 2011-ci ildən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı olan Mahir Quliyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunub. 11 il həbs cəzası alsa da, Ali Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edərək cəzanı 8 il 3 aya qədər azaldıb.

Vilyam Hacıyev


İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev də 2020-ci ildə DTX tərəfindən saxlanılan və sonradan cəzası azaldılan icra başçılarındandır. 16 il icra başçısı olmuş Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samuxun, 2020-ci ilə qədər isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Milyonlarla manat büdcə vəsaitinin yeyintisində ittiham olunan sabiq icra başçısına 12 il həbs cəzası verilsə də, Ali Məhkəmə cəzanı 8 il 6 aya endirib.

Ceyhun Cəfərov


Həbs edilən icra başçıları arasında cəzasını bütövlükdə çəkərək azadlığa çıxan icra başçıları da var. Bu 2020-ci ildə saxlanılan Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovdur. Məhkəmənin hökmü ilə ona 8 il 6 ay müddətində həbs cəzası verilsə də, bu müddət iki dəfə azaldılıb. Əvvəl 6, sonradan isə Ali Məhkəmənin qərarı ilə onun cəzası 4 il 6 aya qədər azaldılıb. Bu ilin fevralında korrupsiya ittihamları ilə məhkum edilmiş Ceyhun Cəfərovun azadlığa çıxıb.

Namiq Zeynalov


2020-ci ildə saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov12 il həbs cəzası verilib. 2023-cü ildə onun cəza müddəti 11 il 9 aya endirilib. Namiq Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunub.

İcra başçılarının həbs dalğası 2021-ci ildə də davam edib.

Alimpaşa Məmmədov


Həmin il Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov həbs edilib. Ona 11 il 6 ay həbs cəzası verilib, Ddaha sonra onun cəzası 10 ilə endirilib. O, mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma itiihamı ilə həbs edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

End of content

No more pages to load

RADİO