Bir neçə şəxsə etibarnamə verənlərin DİQQƏTİNƏ

Avtomobil sahibinin bir neçə nəfərə sürücülük etibarnaməsi verməsinə tez-tez rast gəlirik. Əslində notarial qaydada qısa bir proses olan, ilk baxışdan sadə görünən etibarnamə verilməsi maşın sahibinin başını sonradan ağrıda bilər.

Etibarnamə necə, hansı qaydalarda verilir?

Etibarnaməni
eyni anda bir neçə nəfərin adına yazdırmaq mümkündür. Hər bir şəxsin məlumatları və səlahiyyətləri etibarnamədə ayrıca göstərilməlidir. Etibarnamədə nəqliyyat vasitəsini idarə etmək, satmaq, sığorta etdirmək kimi səlahiyyətlərin açıq şəkildə yazılması vacibdir. Həmçinin etibarnamənin müddəti də göstərilməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Etibarnamələrin verilməsində YENİLİK


Bəs eyni anda bir neçə adama etibarnamə vermək risklidirmi?

Nəqliyyat eksperti Eldəniz Cəfərovun Bizim.Media-ya verdiyi məlumata görə, sırf avtomobili sürmək üçün verilmiş etibarnamənin heç bir təhlükəsi yoxdur.

“Sadəcə qayda pozuntusu varsa, bu zaman həmin o cərimə sonuncu dəfə etibarnamə kimə verilibsə, onun ünvanına gələcək”.  

Mütəxəssis deyir ki, maşının sahibi etibarnaməni qarşı tərəfə xəbər vermədən də ləğv etdirə bilər.

“İstənilən vaxt heç bir səbəb gətirmədən etibarnaməni xəbərsiz ləğv etdirər. Yəni etibarnamənin hər an qüvvədən düşmə təhlükəsi var. Belə olduqda etibarnaməyə xitam verilir və müvafiq olaraq avtomobili almış şəxsin hüquqları da itirilir”.

Həmçinin, avtomobili etibarnamə ilə satmış şəxs vəfat etdikdə, onun verdiyi etibarnamə öz qüvvəsini itirmiş olur. Belə olan halda, avtomobili almış şəxs məcburdur ki, avtomobilin vərəsələrdən birinin adına rəsmiləşdirilməsini gözləsin və yalnız bundan sonra həmin vərəsə tərəfindən ona etibarnamə verilməsinə nail olsun. Amma ola bilər ki, varis də etibarnamə verməkdən imtina etsin.
 

Bundan başqa etibarnamədə avtomobilin satış səlahiyyəti də verilibsə, həmin şəxs avtomobili xəbərsiz sata bilər. Əslində qanunla bu icazəni sahibkar özü ona verib. Xəbər verib-verməmək qarşı tərəfin əxlaq və etikasına qalıb. Ona görə də  sonradan avtomobilin geri alınması çox çətin və ya mümkün olmaya bilər.


Etibarnamə o qədər də etibarlı sənəd deyil

Ona görə də ekspertlər tövsiyə edirlər ki, etibarnaməni yad adama verdikdə və ya aldıqda ehtiyatlı olmaq lazımdır. Hərçənd illərlə tanıdığın da gözlənilməz “U dönüşü” edə və adamı pis vəziyyətdə qoya bilər, ona görə də tam güvənilir şəxslərə etibarnamə vermək və almaq lazımdır. Hər ehtimala qarşı müddəti də az qoymaq lazımdır ki, fikir dolu narahat gecələrin də ömrü qısa olsun. Göründüyü kimi, etibarnamə o qədər də etibarlı sənəd deyil.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

End of content

No more pages to load

RADİO