Hərbi xidmətə çağırışla bağlı dəyişiklik edilə bilər – YENİ TƏKLİF

Son aylarda ölkədə hərbi xidmətə çağırışla bağlı diqqətçəkən yeniliklər və müzakirələr gündəmdədir. Mövcud çağırış sistemində bəzən rast gəlinən problemlər, sosial və psixoloji baxımdan orduya hazırlıqsız olan şəxslərin xidmətə cəlb edilməsi məsələsi yenidən aktual olub.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu sahədə daha sistemli və əlaqələndirilmiş şəkildə işlərin görülməsinə ehtiyac var: 

“Mən dəfələrlə vurğulamışam ki, hərbi xidmətə çağırış prosesi kompleks şəkildə yenidən tənzimlənməlidir.

Təkcə Müdafiə Nazirliyi və Milli Məclis deyil, həmçinin Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kimi qurumlar da bu prosesə cəlb olunmalıdır. Birgə konsepsiya hazırlanmalı, kimlərin çağırışdan möhlət ala biləcəyi, kimlərin xidmətə yararlı olub-olmadığı aydın şəkildə müəyyənləşdirilməlidir”, - deyə ekspert bildirib.

O, xüsusilə sosial durumu ağır olan gənclərin - məsələn, valideyn himayəsindən məhrum şəxslərin, uşaq evlərində böyüyənlərin, yaxud da təhsil dövründə problemli davranışlar nümayiş etdirənlərin ordu sıralarına hazırlıqsız şəkildə daxil edilməsinin gələcəkdə ciddi fəsadlara yol aça biləcəyini vurğulayıb:

 “Narkotikə meyilli və ya psixoloji dayanıqlılığı zəif olan şəxslər xidmət zamanı da eyni vərdişləri davam etdirə bilər. Bu da komandirlərin əsas vəzifələrindən yayınmasına, ordu daxilində əlavə gərginliklərə səbəb olur. Bu cür hallar orduda intizam və təhlükəsizlik baxımından ciddi risklər yaradır”.

Üzeyir Cəfərovun fikrincə, elmə və təhsilə meyilli gənclərə isə daha çox imkan yaradılmalı, onlar üçün alternativ xidmət və ya möhlət hüquqları nəzərdə tutulmalıdır:

“Biz illərdir təkliflər səsləndiririk, amma, çox vaxt Milli Məclisdə bu məsələlər ciddi şəkildə gündəmə gətirilmir. Halbuki hərbi qanunvericilik təkmilləşdirilsə, çağırış sistemi daha çevik və ədalətli olar”, - deyə ekspert öz iradını da bildirib.

Ekspert həmçinin qeyd edib ki, çağırış sistemində şəffaflıq və sosial həssaslıq artırılmalı, hərbi xidmətə hazırlıqlı, motivasiyalı gənclər yönəldilməlidir. Bu isə yalnız müxtəlif dövlət qurumlarının koordinasiyalı fəaliyyəti nəticəsində mümkün ola bilər.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

Əvvəlki illərin məzunları cari məzunların şansını azaldır? – AÇIQLAMA

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

İşi unutmaq üçün məzuniyyət nə qədər davam etməlidir? - Psixoloq AÇIQLADI

UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA “Qarabağ”ın oyunundan yazdı

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Tramp növbəti zəka testinin nəticələrini AÇIQLADI

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Rayonlarda pensiyalar nə vaxt VERİLƏCƏK?

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Agentlikdən azyaşlı uşaqlara şokolad verən valideynlərə MÜRACİƏT

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub - 3 nəfər xəsarət alıb

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

Ağdamda bədbəxt hadisə: Gecə durub su əvəzinə sirkə turşusu içdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

“Şamaxı” “Neftçi”nin qapıçısını transfer etdi

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest – FOTO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

İlham Əliyev: "Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq”

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

PSJ “Barselona”nın üzvü ilə anlaşdı

Ana-bala birlikdə məzun oldu – FOTO

Ana-bala birlikdə məzun oldu – FOTO

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

İyulun sonuna qədər bu 3 BÜRCÜ çətin sınaqlar gözləyir

Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

İlham Əliyev: “Heç bir xalq buna oxşar Qələbə qazanmamışdır” - VİDEO

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı

Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

Qaxda minik avtomobili qaz xəttinə çırpılaraq aşdı

End of content

No more pages to load

RADİO