Soyuqdəymə və ya qrip zamanı düzgün qidalanmaq özünüzü daha tez yaxşı hiss etməyə kömək edə bilər.
Viruslar, soyuqdəymə və qızdırma ilə qarşılaşırsınızsa, qida məhsullarını diqqətlə seçmək vacibdir. Onlar asanlıqla həzm olunmalı və kifayət qədər maye ehtiva etməlidirlər.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hər şeydən əvvəl, yağlı və ədviyyatlı qidaları rasionunuzdan xaric etməlisiniz, çünki onların həzmi orqanizmdən əlavə səy tələb edir.
Fast food və şirin qazlı içkilərdən imtina etmək daha yaxşıdır. Hamburger və pizzada çoxlu xolesterin var və soda öskürəyə səbəb ola bilər. Bədən istiliyini artıra bilən süd məhsullarının istehlakını məhdudlaşdırmağa da dəyər.
Bizim.Media