16 nəfərin ölümünə səbəb olan spirtin MARKASI BİLİNDİ - FOTO

Xəbər verdiyimiz kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfər etil spirtindən zəhərlənərək ölüb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, həmin spirtin hansı marka olduğunu müəyyən edib.

Əldə etdiyimiz məlumata görə, bu, “Starlyuks” əmtəə nişanı adı altında satılan gigiyenik vasitədir.

O da məlum olub ki, sözügedən markanın lisenziyası belə yoxdur və bu məhsulun apteklərə satışı əldən həyata keçirilir.

Digər maraqlı məlumat ondan ibarətdir ki, 15 nəfərin ölümü ilə bağlı rəsmi xəbər yayıldıqdan sonra, bu və buna bənzər lisenziyası olmayan spirtlərin apteklərdə satışı dayandırılıb. Bu barədə aptek rəhbərləri işçilərə göstəriş verib.

Sabunçu rayonu ərazisində, konkret Sabunçu bazarı deyilən yerdə yerləşən apteklərdə ən çox satışı həyata keçirilən texniki spirt isə “Starlyuks”dur. Hansı ki, bunu ən çox alanlar tüfeyli həyat tərzi sürənlərdir. Həmin şəxslər bu spirtə su qataraq onu qəbul edirlər. Baxmayaraq ki, üzərində qəbulunun qadağan olması ilə bağlı məlumat qeyd olunub.

Qeyd edək ki, apteklər bu məhsulu 33-35 qəpiyə alıb müştəriyə 50 qəpiyə satır.

Xatırladaq ki, Sabunçudan sonra eyni səbəbdən daha bir nəfərin - Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən evdə 1964-cü il təvəllüdlü Asif Akşurinin meyiti tapılıb. Məlumata görə, A.Akşurin dostunun evində spirt qəbul edib. Bununla da son 3 gündə bu məhsulu içərək ölənlərin sayı 16-ya çatıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Lebron Ceyms seçimini etdi

Lebron Ceyms seçimini etdi

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Boğulmaqda olan şəxs son anda xilas edildi

Boğulmaqda olan şəxs son anda xilas edildi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

“Kayrat” stadionsuz qaldı

“Kayrat” stadionsuz qaldı

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

End of content

No more pages to load

RADİO