Öhdəliklərini yerinə yetirmədiyinə görə işdən çıxarılan işçilərin NƏZƏRİNƏ!

Ali Məhkəmə işçi və işəgötürən mübahisələrinə dair qərar qəbul edib.

Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən məlumat verilib.

Məlumata görə, Ali Məhkəmənin qərarı ilə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərə münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üzrə vahid məhkəmə təcrübəsi müəyyən edilib.

Bildirilib ki, işin hallarına görə, işçi (iddiaçı) poliklinikaların birində həkim-mütəxəssis vəzifəsində işləyib.

Poliklinikanın 17.05.2022-ci il tarixli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndinə (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verməsi) göstərilən hallar nəzərə alınmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad edilib.
 

Həmçinin işin halları ilə müəyyən olunur ki, iddiaçı barəsində cinayət təqibi başlanıb, sonra onun əməlində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib olunub. Protokola mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi onun barəsində üç ay müddətinə inzibati həbs tətbiq edib.


O, həbs olunduğu tarixdən etibarən işə çıxmayıb, əmək funksiyalarını yerinə yetirməyib, onun həbs olunması müəyyən olunduğu andan isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərək, tutduğu vəzifədən azad edilib. İddiaçı məhkəməyə müraciət edərək, işdən çıxarılmasına əsas olan əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş edib.

Birinci instansiya məhkəməsi iddiaçının şikayətini təmin edib. Sonra cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Apellyasiya məhkəməsi şikayəti qismən təmin edib. Daha sonra cavabdeh Ali Məhkəməyə müraciət edib.

Kassasiya instansiya məhkəməsinin mövqeyi nədən ibarətdir?

Ali Məhkəmə hesab edir ki, işçinin iş yerində inzibati xətanın əlamətləri olan hərəkətlər etməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. İşçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir.

Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur.
 

Belə olan halda isə apellyasiya instansiyası məhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimi qiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlki vəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcı hissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesab edilə bilməz.


Ali Məhkəmənin Mülki kollegiyasının qərarı ilə kassasiya şikayəti təmin edilib. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunub, iş üzrə yeni qərar çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Lebron Ceyms seçimini etdi

Lebron Ceyms seçimini etdi

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Boğulmaqda olan şəxs son anda xilas edildi

Boğulmaqda olan şəxs son anda xilas edildi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

“Kayrat” stadionsuz qaldı

“Kayrat” stadionsuz qaldı

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Jurnalistə Qarabağda ev verildi - FOTOLAR

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB

End of content

No more pages to load

RADİO