“Bəzən mənə elə gəlir ki, iqdisadiyyatımız plan-proqrama deyil, insanların əsəb sisteminin dözümlülüyünə əsaslanır”
Tarif Şurasının qərarı ilə ictimai nəqliyaytda gediş haqları artırılması media və cəmiyyətdə ciddi müzakirəyə səbəb olmaqdadır.xa0
İndiki situasiyada bu qiymət artımı cəmiyyətin psixologiyasına necə təsir edəcək? Bu kimi qiymət artımlarının cəmiyyətin sosial baxımdan aztəminatlı hissəsində əlavə psixoloji gərginliklərə səbəb olması mümkündürmü?xa0
Moderator.az -a açıqlama verən “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı baş verənlərin insanların psixologiyasına təsirsiz ötüşməyəcəyini vurğuladı:
“Əlbəttə ki, gərginlik olacaq, ancaq bu, sosial etirazlar səviyyəsinə qalxmayacaq. Çünki vətəndaşlar artıq onların həyatını çətinləşdirən hər cür qərarlara hazırdırlar. Daha doğrusu laqeyddirlər. Məhz bu laqeydlik Tarif Şurasını cəsarətləndirəcək. Enerji daşıyıcılarının da qiymətləri qaldırılacaq. Sonra başqa sahələrdə bu artım davam edəcək.
Bilirsinizmi, hərdən mənə elə gəlir ki, bizim iqdisadiyyatımız plan-proqrama deyil, insanların əsəb sisteminin dözümlülüyünə əsaslanır. Belə olmasaydı, məmurlar, millət vəkilləri bizdəki qiymətləri orta əmək haqqı 400-500 dollar olan ölkələrlə müqayisə edərək artıma haqq qazandırmazdılar. Istənilən qədər artım eləmək olar. Riyaziyyatın imkanları genişdir. Insanların əsəb sisteminin gərginlik imkanları isə buna adekvat deyil. Bir gün qırılacaq. Yaranan neqativ yük, daxili etiraz xaricə yönələcək. Bu vəziyyətdə narazı insanları idarə etmək çox çətindir”.
Seymur ƏLİYEV