Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib.
8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saat 17:00-da başlayıb.
Görüşün taleyini 1 qol həll edib. Abdulla Xaybullayevin 25-ci dəqiqədə vurduğu qol yığmamıza minimalhesablı qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, Azərbaycan D Liqasının 2-ci qrupunda keçirdiyi oyunlardan sonra 5 xalla ilk pillədə qərarlaşıb. Litva isə 4 xalla ikinci sıradadır.
Bizim.Media