“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları: Sağalmayan yaralar” layihəsi çərçivəsində hazırlanmış "Səssiz tələ” sənədli filminin təqdimatı keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbiri açılış nitqi ilə "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Sabirqızı açıb. 

O, layihənin məqsədi və sənədli filmin hazırlanmasının əhəmiyyətindən danışıb.

Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bununla yanaşı, işğal dövründən qalan mina təhlükəsi hələ də ciddi humanitar çağırış olaraq qalır. Hazırda ərazilərin minalardan təmizlənməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilsə də, mina təhlükəsi insanların həyatına təsir etməkdə davam edir.

Tədbirdə ANAMA-nın məlumatlarına istinadən bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı nəticəsində 1991-ci ildən indiyədək 3 500-dən çox insan mina qurbanı olub.

Onlardan 362-si uşaq və gənclərdir. Bildirilib ki, bu rəqəmlərin arxasında yarımçıq qalan uşaqlıq, dəyişən həyat taleləri və uzunmüddətli fiziki və psixoloji travmalar dayanır. "Müharibə uşaqları: Sağalmayan yaralar” layihəsinin əsas məqsədi də mina qurbanı olan uşaqların həyat hekayələrini cəmiyyətə çatdırmaq, onların üzləşdiyi problemlərə diqqət çəkmək və mina təhlükəsi barədə məlumatlılığı artırmaqdır. 
 

"Səssiz tələ” sənədli filminin rejissoru Elnur Cəbrayılov, ssenari müəllifi isə Esmira Namiqqızıdır. Film Tovuz rayonunun Əlibəyli və Cəlilli kəndlərinin sakinləri Elgün Hüseynov və Aqşin Məmmədovun timsalında mina qurbanı olan uşaqların dəyişən talelərindən və mina təhlükəsinin yaratdığı ağır nəticələrdən bəhs edir.

 

Filmin daha geniş auditoriyaya çatdırılması məqsədilə ingilis dilinə tərcümə edildiyi bildirilib.Tədbirdə dövlət və QHT nümayəndələri, millət vəkilləri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Filmin ssenari müəllifi Esmira Namiqqızı çıxış edərək filmin hazırlanma prosesi və real insan hekayələrinin ekranlaşdırılmasının yaratdığı məsuliyyətdən danışıb. Vurğulayıb ki, real həyat hekayələri və müsahibələr əsasında hazırlanan filmdə mina partlayışlarının insan taleyinə təsiri və yaşanan travmalar əks olunub.

Daha sonra "Səssiz tələ” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra millət vəkili Elçin Mirzəbəyli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yanında İctimai Şuranın sədri Umud Rəhimoğlu, "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili, "Səngər” TV-nin rəhbəri Aqil Alışov və "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Əli Həziquliyev və digər çıxışçılar film və layihə barədə fikirlərini bölüşüblər. Natiqlər filmin peşəkar səviyyədə hazırlanmasını, real insan hekayələrinin təsirli təqdimatını və mina probleminin humanitar tərəflərinə diqqət yetirilməsini yüksək qiymətləndiriblər.

Bildirilib ki, Elgün və Aqşinin həyat hekayələri mina təhlükəsinin bir insanın və ailənin taleyini necə dəyişə bildiyini konkret nümunə ilə göstərir.

Çıxışlarda həmçinin, Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi və bunun nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, belə layihələr mina probleminin yalnız statistik göstəricilər deyil, konkret insan taleləri üzərindən təqdim edilməsinə imkan yaradır.

Tədbirdə mina qurbanlarının, xüsusilə uşaqların reabilitasiyası və sosial həyata inteqrasiyası, həmçinin mina təhlükəsi barədə maarifləndirmənin davam etdirilməsinin vacibliyi qeyd olunub.

"Müharibə uşaqları: Sağalmayan yaralar” layihəsi çərçivəsində hazırlanan "Səssiz tələ” filmi mina təhlükəsinin uşaqların həyatında yaratdığı ağır nəticələri konkret insan hekayələri vasitəsilə göstərir və bu problemin həm yerli, həm də beynəlxalq auditoriyanın diqqətinə çatdırılmasına xidmət edir.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Norveç sahillərində üç gəmi toqquşdu

Norveç sahillərində üç gəmi toqquşdu

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

End of content

No more pages to load

RADİO