İtaliyanın Riççone şəhərində keçirilən batut gimnastikası üzrə “5th Aere Trampoline Cup” beynəlxalq turnirində idmançılarımız növbəti medalları qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından Bizim.Media-ya bildirilib ki, yarışda ölkəmizi təmsil edən Maqsud Maqsudov və Hüseyn Abbasov sinxron proqramda uğurla çıxış ediblər.
Təmsilçilərimiz 52.470 xal toplayaraq turnirin bürünc medalına sahib olublar.
Qeyd edək ki, oktyabrın 3-də başlayan beynəlxalq turnirə bu gün yekun vurulur.
Bizim.Media