Paraqvayın paytaxtı Asunsyon və ətraf şəhərlərdə yağan tennis topu boyda avtomobillərə və binaların dam örtüklərinə ciddi ziyan vurub. Təbii hadisə nəticəsində onlarla elektrik ötürücü xətti də sıradan çıxıb.
Bizim.Media bu barədə "La Nación" nəşrinə istinadən xəbər verir.
Güclü tufan Asunsyonda və Paraqvayın Mərkəzi departamentinin bir sıra şəhərlərində fəsadlara səbəb olub. İri dolu avtomobillərə və evlərin dam örtüklərinə zərər vurub, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayandırılıb.
Bizim.Media