Dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin cənazəsi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana gətirilib.
Bizim.Media xəbər verir ki, həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın dəfnində hökumət və ictimaiyyət nümayəndələri iştirak edib.
İqor Kşnyakin və Aleksandr Kalyaninovun ardınca Hökumə Əliyevanın da cənazəsi son mənzilə yola salınıb.



Bizim.Media