Avropa İttifaqının Ermənistana Rusiya ilə əlaqələrin məhdudlaşdırılması istiqamətində təzyiq göstərdiyi iddia olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.
Bildirilib ki, Brüssel Ermənistanda Rusiya biznesinin iştirakının azaldılmasına, həmçinin Moskva ilə humanitar əlaqələrin zəiflədilməsinə çalışır.
Qeyd edək ki, bu məlumat Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin açıqlamasına əsaslanır. Avropa İttifaqı və Ermənistan tərəfi isə bununla bağlı hələlik rəsmi mövqe açıqlamayıb.
Bizim.Media