Nüfuzlu ONESXM təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı

Fransa və Niderland tərəfindən 2 hissəyə bölünərək faktiki işğal altında saxlanılan Saint Martin adasının azadlığı uğrunda barışmaz mübarizə aparan nüfuzlu ONESXM təşkilatı Azərbaycana dəstək ifadə edən bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, təşkilat Fransa Milli Assambleyasının 3 deputatının Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun dekolonizasiya prosesinə dəstəyini hədəf alan ittihamlarını qətiyyətlə rədd edib.

Müstəqillik hərəkatı tərəfdarları Fransız parlamentarilərin Azərbaycan Prezidentinin fikirlərini “Fransanın daxili işlərinə qarışmaq" kimi qələmə verməsinə sərt reaksiya göstəriblər.

Bəyanatda vurğulanır ki, müstəmləkəçilik və xalqların öz müqəddəratını təyin etməsi Fransa Respublikasının daxili işi sayıla bilməz. Bu məsələlər beynəlxalq hüquq normaları, BMT Nizamnaməsinin 1-ci maddəsi (xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etməsi prinsipi) və BMT Baş Assambleyasının 1960-cı ildə qəbul etdiyi müstəmləkə idarəçiliyinə son qoyulmasını tələb edən 1514 saylı qətnaməsi ("Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə") ilə tənzimlənir.

Bu baxımdan, assosiasiya müstəmləkə idarəçiliyindən əziyyət çəkən xalqların səsini dünyaya çatdıran Bakı Təşəbbüs Qrupunun missiyasını tamamilə legitim, qanuni və təqdirəlayiq hesab edir.

Yeni Kaledoniya və Fransız Polineziyası kimi bölgələrin hələ də BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısında qaldığını xatırladan ONESXM təşkilatı, rəsmi Parisin "fransız təbəəliyi" adı altında apardığı siyasətin real bərabərsizliyi və yerli xalqların fundamental hüquqlardan məhrum edilməsini gizlədə bilmədiyini vurğulayaraq, Saint Martin-də xalqa tam müstəqillik üçün "bəli" yaxud "xeyr" seçimi veriləcək rəsmi referendumun dərhal təşkil olunmasını tələb edir.

ONESXM Assosiasiyasının bəyanatı bir daha göstərir ki, Parisin təhdid, təzyiq və “daxili işlərə qarışma” bəhanəsi dekolonizasiya tələblərini susdurmağa qadir deyil.

Karib hövzəsindən Sakit okeanadək Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan xalqlar öz səslərini məhz Bakı Təşəbbüs Qrupunun yaratdığı beynəlxalq platforma vasitəsilə daha geniş auditoriyaya çatdırır, mövqelərini uzlaşdırır və qlobal həmrəylik nümayiş etdirirlər. BTQ bu mübarizəni ayrı-ayrı ərazilərin lokal etirazı çərçivəsindən çıxararaq beynəlxalq dekolonizasiya gündəliyinin mühüm istiqamətlərindən birinə çevirir.

ONESXM-in mövqeyi Parisə ünvanlanan aydın mesajdır: müstəmləkəçilik dövrü başa çatmalı, xalqların azad seçim və öz müqəddəratını təyinetmə hüququ isə heç bir siyasi təzyiq, təhdid və manipulyasiya ilə əngəllənməməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

General-polkovnik Kərim Vəliyev Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

Hesablama Palatası 2027-ci ilin büdcə layihəsini MÜZAKİRƏ ETDİ

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

“Bir-birimizdən təcrübə qazanırıq!” - "Birliyin Gücü – 2026" təlimindən görüntülər – VİDEO

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin AZALDILDI

End of content

No more pages to load

RADİO