Bu gün Cəlilabad rayonunun Alar kəndində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza nəticəsində hər iki nəqliyyat vasitəsi - “VAZ 2107” markalı avtomobillər ciddi zədələnib, bir nəfər isə xəsarət alıb.
Məlumata görə, hər iki avtomobilin sürücüsü elə həmin kəndin sakinləridir.
Hadisənin başvermə səbəbləri araşdırılır, lakin ilkin ehtimallara əsasən, dönmə-gözləmə qaydalarının pozulması qəzanın baş verməsinə səbəb olub.
Xəsarət alan şəxs təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb. Hazırda onun sağlamlıq vəziyyətinin sabit olduğu bildirilir.


Sabutay, Bizim.Media, Cənub bürosu