“Azimut” aviaşirkəti Bakı və Gəncə hava limanlarına təyyarə reyslərini ləğv edib.
Bizim.Media “İnterfax.ru”-ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şirkət Mineralnıye Vodı və Soçi hava limanlarından Azərbaycana uçuşları ləğv edib.
Qeyd edək ki, dekabrın 25-də Qazaxıstanın Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı bir neçə xarici aviaşirkət Rusiya Federasiyasına uçuşları dayandırıb. Onların arasında AZAL da var. AZAL Azərbaycandan Rusiya Federasiyasının 10 şəhərinə uçuşları ləğv edib.
Günay Şahmar, Bizim.Media