Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birlikdə Lənkəranda tədbir keçirdi – FOTO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin (DSX) yüksək rütbəli hərbi qulluqçuları Lənkəran şəhərində şəhər rəhbərliyinin iştirakı ilə birgə tədbir keçirib. 

Hərbi Prokurorluqdan Bizim.Media-ya bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, onlara rəhmət, qazilərə şəfa arzulanıb. 
 

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin tövsiyələrini şəxsi heyətə çatdırıb. 


Sonra Firad Əliyev, Hərbi Prokurorluğun idarə rəisi, ədliyyə polkovniki Natiq Həsənov, Lənkəran hərbi prokuroru, ədliyyə polkovniki Elşən Əli-Məmmədov, polkovnik Əli Əliyev, polkovnik Anar Ağabəyov, polkovnik-leytenant Müsəddiq Əsədov və digər şəxslər çıxış ediblər.

Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran dünya şöhrətli nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından, xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, Ümummilli Liderin Azərbaycanın parlaq gələcəyinə hesablanan mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə görülən misilsiz işlərdən, həyata keçirilən hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılan nailiyyətlərdən, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından danışıblar.

Bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən və xalqımızın müdrikliyindən söhbət açılıb.

Tədbirdə, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən DSX ilə səmərəli qarşılıqlı işgüzar münasibətlərindən bəhs edilib. 
 

Ardınca, ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə durmadan artan nüfuzundan, o cümlədən noyabrda Azərbaycanda keçiriləcək COP29-un mahiyyəti və əhəmiyyətindən, eyni zamanda ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb. 


Daha sonra hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, eləcə də onların qayğı və problemləri ilə maraqlanılıb. Sonda ağaclar əkilib. 
 

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AQTA-dan Rahat Marketlərdə vaxtı keçmiş kolbasa satışı iddiası ilə bağlı AÇIQLAMA

AQTA-dan Rahat Marketlərdə vaxtı keçmiş kolbasa satışı iddiası ilə bağlı AÇIQLAMA

Ceyhun Bayramov Ukrayna istehsalı olan PUA-ların sərgisində - FOTO

Ceyhun Bayramov Ukrayna istehsalı olan PUA-ların sərgisində - FOTO

“Mobil notariat” tətbiqi “mygov”a inteqrasiya edilir

“Mobil notariat” tətbiqi “mygov”a inteqrasiya edilir

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

End of content

No more pages to load

RADİO