Tanınmış həkimin MƏHKƏMƏSİ: Mərhum alkoqol qəbul edib...

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun məhkəmə prosesi keçirilib. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində onun həyat yoldaşı Günay Maqsudova ifadə verib. 

O, ifadəsində həyat yoldaşının günahsız olduğuna əmin olduğunu söyləyib: 

"Biz dörd ildir həmin yoldan istifadə edirik. Hadisə vaxtı da mən və qızım avtomobildə idik. Qəflətən sağ tərəfdən avtomobilə nəsə çırpıldı, yoldaşım avtomobili saxladı, arxaya baxanda kiminsə yıxıldığını gördük. Yoldaşım və qızım onu avtomobilə qoydular, Sabunçu xəstəxanasına çatdırdıq. Biz aparanda hələ ki sağ idi". 

G.Maqsudova bildirib ki, bu cür hadisə hamının başına gələ bilər: 

"Onu xəstəxanaya apararkən alkoqol qoxusu gəlirdi. Sonradan mərhumun alkoqol qəbul etdiyi məlum oldu. Heç kim avtomobillərin sıx hərəkətdə olduğu yoldan belə keçməz. Hadisə psixoloji durumuma mənfi təsir edib". 

Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin olunub. 

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib. 

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir. A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AQTA-dan Rahat Marketlərdə vaxtı keçmiş kolbasa satışı iddiası ilə bağlı AÇIQLAMA

AQTA-dan Rahat Marketlərdə vaxtı keçmiş kolbasa satışı iddiası ilə bağlı AÇIQLAMA

Ceyhun Bayramov Ukrayna istehsalı olan PUA-ların sərgisində - FOTO

Ceyhun Bayramov Ukrayna istehsalı olan PUA-ların sərgisində - FOTO

“Mobil notariat” tətbiqi “mygov”a inteqrasiya edilir

“Mobil notariat” tətbiqi “mygov”a inteqrasiya edilir

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

End of content

No more pages to load

RADİO