Kadr ehtiyatını təmin etməyən UNİVERSİTETLƏR – Məzunlarının taleyi ilə niyə MARAQLANMIRLAR?

“Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bir çoxu inkubator cihazından fərqlənmir. Tələbə istehsalı ilə məşğuldurlar. Gəldi, diplomunu aldı və getdi. Bir neçəsi istisna, əksəriyyətinin məzunları haqqında datası yoxdur. Bir çoxu ümumiyyətlə yalnız diplom vermək funksiyasını həyata keçirir. Sonrakı tale, yəni, məzunu haradadır?

“Harada çalışır? Hansı məzun universitetə nə kimi dəstək ola bilər?” kimi məsələlərlə maraqlanan yoxdur. Halbuki, bu məsələdə həssaslıq universitetə nə qədər reytinq gətirər”.
 

MÖVZU İLƏ BAĞLI:

Tələbənin mini "yubka"sı, yoxsa təhsilin vəziyyəti müzakirə olunmalıdır?


Bu sözləri təhsil eksperti Elçin Əfəndiyev sosial media hesabında etdiyi paylaşımda bildirib.

Onun bu paylaşımı müxtəlif müzakirələrə səbəb olub.

Bəs ekspertin dediyi kimi universitetlər məzunlar üçün iş imkanlarını necə yarada bilərlər? Bu istiqamətdə hansı addımlar atılmalıdır?

Bizim.Media məsələni elə ekspertin özü ilə müzakirə edib.  

Elçin Əfəndiyev hesab edir ki, universitetlər öz məzunlarını izləməlidirlər. Çünki xarici ölkələrin bir çoxunda universitetlər öz məzunlarını izləyirlər, hansı işlə məşğul olduqları, fəaliyyət istiqamətləriylə bağlı məlumat sahibidirlər.

Eyni zamanda, onların iş imkanları barədə də düşünürlər:

“Məsələn, bir çox xarici universitet  müvafiq şirkətlərlə əməkdaşlıq edir, onların kadr ehtiyatını təmin etmək üçün məzunlarını təklif edirlər, hətta universitet bu təklif üzərindən müəyyən gəlir əldə edir. Təəsüflər olsun ki, bizim universitetlərimizdə bu istiqamətdə işlər aparılmır. İstər özəl, istər dövlət universitetlərinin şirkətlərlə əməkdaşlığı çox deyil, olsa belə, məhdud saydadır. Hər hansısa dövlət qurumunda çalışan əməkdaş, ümumiyyətlə, məzunların harada çalışdığı,  fəaliyyət istiqamətləriylə bağlı informasiyaya tam sahib deyillər”.

Bəs qeyd olunan istiqamətlərdə fəaliyyətlər həyata keçirilsə, nəticələri necə olar?

Ekspert  bu məsələyə də toxunub. O, deyib ki, universitetlər hansı ixtisasa daha çox tələbatın olduğunu, bitirənlər üçün əmək bazarında o qədər də iş olmadığını bilər və bununla bağlı planlama da qurarlar:

“Məsələn, iş imkanı zəif olan ixtisasların plan yerini azaldıb tələbatın daha çox olduğu ixtisasların plan yerini artırmaq olar. Bu kimi bazaların olması universitetlərin gələcəyinə də təsir edir. Eyni zamanda, dünyada reytinq ölçən təşkilatlar da var ki, onlar məzunların məşğulluq, universitetlərin əməkdaşlıq fəaliyyətini izləyir. Təbii ki, bu məsələlər yerində olsa, bu bizim universitetlərimizə də əlavə reytinq gətirər. Ancaq onların bir çoxu sanki buna maraqlı deyillər və yaxud bunu həyata keçirəcək kadr yoxdur”, - deyə müsahibimiz əlavə edib.  

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AQTA-dan Rahat Marketlərdə vaxtı keçmiş kolbasa satışı iddiası ilə bağlı AÇIQLAMA

AQTA-dan Rahat Marketlərdə vaxtı keçmiş kolbasa satışı iddiası ilə bağlı AÇIQLAMA

Ceyhun Bayramov Ukrayna istehsalı olan PUA-ların sərgisində - FOTO

Ceyhun Bayramov Ukrayna istehsalı olan PUA-ların sərgisində - FOTO

“Mobil notariat” tətbiqi “mygov”a inteqrasiya edilir

“Mobil notariat” tətbiqi “mygov”a inteqrasiya edilir

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Qarabağda final, Türkiyə və Gürcüstana səfər - Məktəblilər üçün unikal layihə: Hər kəs iştirak edə bilər - FOTO

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Küləkli havada çimərliklərə gedənlərə ÇAĞIRIŞ

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Üç uşaq bağçası BŞTİ-nin tabeliyinə verildi

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Tərtərdə faciə - Ər-arvad yanaraq həlak oldu

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Murad Həsənliyə yüksək vəzifə verildi - FOTO

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddəti 44 gün oldu

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Şamaxıda avtomobil hasara çırpıldı: Xəsarət alanlar var

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Quba-Bakı yolunda zəncirvari qəza – FOTO

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Vaşinqton, Brüssel və Pekin niyə Bakıya üz tutur? - TƏHLİL

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Tramp: “Venesuela nefti ABŞ-ın qənimətidir”

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

End of content

No more pages to load

RADİO