Gəncədə 10 yaşlı qız xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 2014-cü il təvəllüdlü G.Tağıyeva yaşadığı evin çardağından yıxılıb.
Müxtəlif bədən xəsarətləri alan azyaşlı Gəncədə özəl xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti ağır olan Tağıyeva Bakı şəhərinə göndərilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu