Şəkidə qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 69 yaşlı Kiş kənd sakini Camal Xalıqov küçənin tinində qəflətən Afiq Hüseynovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobilinin qarşısına çıxıb.
Qəzadan sonra Camal Xalıqov müxtəlif dərəcəli bədən xəsarətləri aldığından dərhal xəstəxanaya çatdırılıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasında ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.
Baş vermiş qəzanın təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu