Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

2026-cı ilin ilk yarısında dövlət büdcəsinin sosial xərclərinin artması maaş, pensiya və sosial müavinətlərlə bağlı gözləntiləri yenidən aktuallaşdırıb. Sosial sahəyə ayrılan vəsaitin artırılması əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş siyasətin davamı kimi qiymətləndirilsə də, ilin ikinci yarısında əlavə artımların olub-olmayacağı maraq doğurur.

Bəs, mövcud iqtisadi şərait maaş, pensiya və sosial ödənişlərin yenidən artırılmasına imkan verirmi və bu istiqamətdə hansı amillər həlledici rol oynayır?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “sonxeber.az”a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bir sıra sosial ödənişlərdə artımlar qanunvericiliklə tənzimlənir.

"Belə ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, əmək pensiyaları hər ilin əvvəlində əvvəlki il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu artım 2026-cı ilin yanvar ayında həyata keçirildi. Eyni qaydada, 2027-ci ilin yanvar ayında da 2026-cı ilin yekun göstəricilərinə əsasən əmək pensiyalarında növbəti artımlar tətbiq olunacaq. Əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiya məbləği isə hər altı ildən bir onların topladığı pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata əsasən, əmək fəaliyyətini davam etdirən 1300 pensiyaçının pensiya məbləğində artım həyata keçirilib. Onların altı il ərzində formalaşmış pensiya kapitalının 90 faizi 72 aya bölünərək aylıq pensiya məbləğinə əlavə olunub və nəticədə pensiyaları artırılıb".

Deputat qeyd edib ki, təkliflərdən biri də yaşa görə sosial müavinətin artırılması ilə bağlıdır:

"Hazırda yaşa görə müavinətin məbləği 220 manatdır. Hesab edirik ki, bu məbləğə yenidən baxılması və artırılması məqsədəuyğundur. Çünki yaşa görə müavinət əmək pensiyası almaq hüququ olmayan vətəndaşlara ödənilir və yaş artdıqca onların gündəlik xərcləri də artır. Bu baxımdan müavinətin artırılması həmin şəxslərin sosial təminatının daha da gücləndirilməsinə töhfə verə bilər.

Eyni zamanda, əmək fəaliyyətini davam etdirən pensiyaçılar üçün də qanunvericilikdə nəzərdə tutulmuş qaydada artımlar davam edəcək. Belə ki, 2026-cı ilin sonrakı aylarında pensiya hüququ qazanmalarından altı il tamam olan şəxslərin pensiyaları da topladıqları pensiya kapitalı əsasında yenidən hesablanacaq və artırılacaq. Digər istiqamətlər üzrə də sosial ödənişlərin artırılması ilə bağlı təkliflərimizi aidiyyəti qurumlara mütəmadi olaraq təqdim edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Ceyhun Bayramov İqor Klimenko ilə görüşdü: Nələr müzakirə olundu? - FOTO

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

Bakıda bu dahilərin heykəlləri yoxdur - Nazirə müraciət edildi

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

İmişlidə faciə: Velosiped sürən uşaq traktorun altında qaldı

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Nazirin İrpen şəhərinə səfəri ilə bağlı XİN-dən MƏLUMAT - FOTO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Van Dammın son görüntüləri gündəm oldu – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

Volodimir Zelenski Ceyhun Bayramovla görüşdü – VİDEO

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

“Trabzonspor” 24 saata 13 milyon avroluq forma satdı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Çimnaz Sultanovanın məzarından VİDEO paylaşdı

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

Pirşağıda nəzarətsiz ərazidə yeniyetmə batıb

End of content

No more pages to load

RADİO