Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşaraq qəzaya uğrayıb.
Hadisə zamanı Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Elburus Fərman oğlu Qafarov, Sumqayıt şəhər sakinləri – 2003-cü il təvəllüdlü Zəhra Əlizamin qızı Qafarova, 2012-ci il təvəllüdlü Samir Seymur oğlu Qafarov və 2025-ci il təvəllüdlü Məryəm Əmir qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.


Bizim.Media